"YARASALAR" "VİLYAREAL"A GÖZ VERİB, İŞIQ VERMƏDİ (YENİLƏNİB)
Paylaş:
İspaniya La Liqasında XXXI turun oyunlarına yekun vurulub. İlk oyun günündə 3 qarşılaşma oynanılıb. Turun açılış matçında "Real" səfərdə "Atletik"in qonağı olub. Mourinyonun yetirmələri meydan sahiblərini 3 dəfə meydanın mərkəzinə dəvət edib. Madrid klubunun heyətində Kaka (2) və Ronaldo fərqlənib. Hazırki lider "Barselona" isə doğma meydanda "Almeriya"nı qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb. İlk hissəsi qolsuz bitən matçın 53-cü dəqiqəsində Korona qonaqları önə keçirib. 3 dəqiqə sonra Messi kataloniyalıların bərabərlik qolunu vurub. 64-cü dəqiqədə Alkantara fərqi artırıb. Oyunun son dəqiqəsində Messi özünün 2, komandasının 3-cü qolunu vurmaqla komandasına 3 xal qazandırıb. Günün son qarşılaşmasında isə "Sevilya" səfərdə "Malyorka"nın qonağı olub və Rakitiçin qolu ilə məğlubiyyətdən qurtulub. İkinci oyun günü "Atletiko" və "Valensiya"nın qələbələri ilə yadda qalıb. Doğma meydanda "Real Soseydad"ı qəbul edən Madrid klubu rəqibin qapısından 3 cavabsız top keçirib. "Valensiya" isə daha fərqli hesabla sevinib. "Vilyareal"ı qonaq edən "yarasalar" andalusiyalıları 5 dəfə meydanın mərkəzinə dəvət edib. Turun qapanış matçında "Hetafe" səfərdə əsas izləyicisi "Zaraqoza" ilə üz-üzə gəlib. Meydan sahibləri oyunun taleyini elə ilk hissədə Panzio və Bertolonun vurduğu qollarla həll edib. Qonaqlar təsəlli qolu isə Kskerodan gəlib. İspaniya La Liqası XXXI tur 9 aprel "Atletik" -"Real" - 0:3 "Barselona" - "Almeriya" - 3:1 "Malyorka" - "Sevilya" - 2:2 10 aprel "Herkules" - "Espanyol" - 0:0 "Malaqa" - "Departivo" - 0:0 "Rasinq" - "Levante" - 1:1 "Sportinq" - "Osasuna" - 1:0 "Atletiko" - "Real Soseydad" - 3:0 "Valensiya" - "Vilyareal" - 5:0 11 aprel "Zaraqoza" - "Hetafe" - 2:1
Qollar: Kaka, 14 (pen); 54 (pen), Ronaldo, 70
Qollar: Messi, 53 (pen), 90, Alkantara, 64 - Korona, 50
Qollar: Yenaqa, 16, Quzman, 43 - Neqredo, 31 (pen), Rakitiç, 68.
Qollar: Nano, 32 (avtoqol) - Yorda, 90
Qol: Barral, 65
Qollar: Filip, 12, Suares, 45, Aquero, 79
Qollar: Soldado, 14; 75, Mata, 56; 73, Baneqa, 62
Qollar: Ponzio, 15, Bertolo, 35 - Kaskero, 45
| Paylaş: