')

Bu gün:


FutbolPress.Az | "MİLAN" İŞİNİ İLK HİSSƏDƏ BİTİRDİ (YENİLƏNİB)

"MİLAN" İŞİNİ İLK HİSSƏDƏ BİTİRDİ (YENİLƏNİB)


oxunma sayı: 234 Paylaş:

İtaliya A seriyasında XXXII turun oyunlarına yekun vurulub. İlk oyun günündə cəmi 2 qarşılaşma oynanılıb. Ötən tur "Milan"a biabırçı hesabla məğlub olan son çempion "İnter" bu dəfə "Kyevo" ilə üz-üzə gəlib. İlk hissəsi qolsuz bitən matçın 66-cı dəqiqəsində Kambiasso "neradzuro"nu önə keçirib. 18 dəqiqə sonra isə Maykon fərqlənməklə komandasına çempionluq yarışında vacib 3 xal qazandırıb. Yeni baş məşqçi Montellanın gəlişindən sonra uğurlu oyun sərgiləməyə başlayan "Roma" isə səfərdə "Udineze"nin qonağı olub və Tottinin dublu sayəsində sevinən tərəf olub.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. "Yuventus" doğma meydanda "Cenoa" üzərində çətin qələbə qazanıb. "Qoca Sinyora" 83-cü dəqiqədə Toninin fərqlənməsilə bərabərlikdən qurtulub - 3:2. Çempionluğa iddialı "Napoli" səfərdə "Balonya"nın qonağı olub. Maskara və Hamşikin vurduğu qollar qonaqlara qələbə qazandırıb. Hazırki lider "Milan" isə "Fiorentina" ilə matçdan qalib ayrılıb. "Rossonerlər"i Zeedorf və Pato sevindirib.

İtaliya A Seriyası XXXII tur

9 aprel

"İnter" - "Kyevo" - 2:0
Qollar:
Kambiasso, 66, Maykon, 84

"Udineze" - "Roma" - 1:2
Qollar:
Di Natale, 88 - Totti, 57 (pen); 90+4

10 aprel

"Yuventus" - "Cenoa" - 3:2
Qollar:
Rossi, 50 (avtoqol), Matri, 63, Toni, 83 - Bonuççi, 7 (avtoqol), Flores, 57

"Bari" - "Katanya" - 1:1
Qollar:
Qatsi, 33 - Lopes, 44

"Balonya" - "Napoli" - 0:2
Qollar:
Maskara, 30, Hamşik, 45 (pen)

"Kalyari" - "Breşiya" - 1:1
Qollar:
Kossu, 22 - Karaççyolo, 61

"Latiso" - "Parma" - 2:0
Qollar:
Ernanes, 22, Flokkari, 77

"Palermo" - "Çezena" - 2:2
Qollar:
Kurtiç, 5, Pinilya, 36 - Parolo, 90+1, Qyaççerini, 90+6

"Sampdoriya" - "Lecce" - 1:2
Qollar:
Makkarone, 69 - Di Mişele, 39, Olivera, 66

"Fiorentina" - "Milan" - 1:2
Qollar:
Varqas, 80 - Zeedorf, 8, Pato, 41


oxunma sayı: 234 | Paylaş:




?>