')

Bu gün:


FutbolPress.Az | "ŞƏHƏRLİLƏR" BELƏ OLACAĞINI GÖZLƏMİRDİ (YENİLƏNİB)

"ŞƏHƏRLİLƏR" BELƏ OLACAĞINI GÖZLƏMİRDİ (YENİLƏNİB)


oxunma sayı: 181 Paylaş:

İngiltərə Premyer Liqasında XXXII turun oyunlar;na yekun vurulub. Əksər qarşılaşmalar elə ilk oyun gününə təsadüf edib. Turun açılış matçı məhsuldarlığı ilə diqqət çəkib. "Everton" səfərdə "Vuverhempton"un qonağı olub və 3:0 hesabı ilə qələbə qazanıb. Eyni aqibəti "Bolton" "Vest Hem"ə yaşadıb. Hazırki lider "Mançester Yunayted" doğma meydanda "Fulhem"i qəbul edib. Berbatov və Valensianın qolları "qırmızı şeytanlar"ın qonaqlar üzərindəki qələbəsini təmin edib. Çempionluğa iddialı "Çelsi" isə "Viqan"ı Maludanın 67-ci dəqiqədə vurduğu qolla məğlub edib.

İkinci oyun günündə "Arsenal" səfərdə "Blekpul"un qonağı olub. İlk hissədən sonra "topçular" 2:0 öndə olsalar da, 52-ci dəqiqədə meydan sahibləri fərqi azaldıb. Van Persinin 76-cı dəqiqədə vurduğu qol isə matçda sonuncu olub və Vengerin komandası səfərdən qələbə ilə dönüb. "Aston Villa" isə doğma meydanda Kollinsin qolu ilə "Nyukasl"ı məğlub edib.

Sonuncu görüş günüdə çempionluqdan əliniz üzmüş "Liverpul" doğma meydanda "Mançester Siti"ni qəbul edib. Bu mövsüm uğurlu oyun sərgiləməyən Mersisayd klubu matçın taleyini elə ilk hissədə həll edib və rəqibin qapısından 3 cavabsız top keçirib.

İngiltərə Premyer Liqası XXXII tur

9 aprel

"Vulverhempton" - "Everton" - 0:3
Qollar:
Bekford, 21, Nevill, 39, Bilyaletdinov, 45

"Blekbern" - "Birmingem" - 1:1
Qollar:
Hoylet, 45 - Bouyer, 32

"Bolton" - "Vest Hem" - 3:0
Qollar:
Sturric, 14; 51, Li, 20

"Çelsi" - "Viqan" - 1:0
Qol:
Maluda, 67

"Mançester Yunayted" - "Fulhem" - 2:0
Qollar:
Berbatov, 11, Valensia, 31

"Sandarlend" - "Vest Bromviç" - 2:3
Qollar:
Şorey, 10 (avtoqol), Bardsli, 31 - Odemvinqe, 28, Mulumbu, 54, Şarner, 72

"Tottenhem" - "Stok Siti" - 3:2
Qollar:
Krauç, 11; 34, Modriç, 18 - Eterinqton, 27, Cons, 41

10 aprel

"Blekpul" - "Arsenal" - 1:3
Qollar:
Fletçer, 52 - Diabi, 18, Ebue, 21, Van Persi, 76

"Aston Villa" - "Nyukasl" - 1:0
Qol:
Kollins, 24

11 aprel

"Liverpul" - "Manşester Siti" - 3:0
Qollar:
Keroll, 13; 35, Kuyt, 34


oxunma sayı: 181 | Paylaş:




?>