RAMİZ MƏMMƏDOV YENƏ İTİRDİ
Paylaş:
Bu gün Qazaxıstan çempionatında 6-cı turun oyunları keçirilib. Azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı "Atırau" səfərdə "Jetısu"nun qonağı olub. Qazaxıstan çempionatının lideri olan Taldıkorqan təmsilçisi Məmmədovun komandasını 2:0 hesabı ilə məğlub edib. 7-ci dəqiqədə Harabara, 27 dəqiqə sonra isə Miksimov fərqləniblər. "Atırau" 6 turdan sonra 5 xal toplayıb. Məmmədovun yetirmələri 1 qələbə qazanıb, 2 heç-heçə edib və 3-cü dəfə meydanı başıaşağı tərk edib. "Atırau" hazırda 5 xalla 12 komanda arasında 8-ci pillədə qərarlaşıb. Qazaxıstan Superliqası VI tur 9 aprel
"Jetısu" - "Atırau" - 2:0
Qollar: Harabara, 4, Miksimov, 45
| Paylaş: