ARDANIN TRANSFERİ BAŞ TUTMADI: ONA HEÇ 3 MİLYON AVRO DA VERMƏRİK
Paylaş:
"Atletiko"nun prezidenti Enrike Kerezo Madrid klubunun "Qalatasaray"ın futbolçusu Arda Turanla danışıqlar aparması xəbərini təkzib edib. "Milliyyət" qəzetindən Məhmət Çiftçiyə açıqlama verən Kerezo klub hissədarı Migel Angel Gilin transfer deyil, THY (Türk Hava Yolları) ilə sponsorluq görüşmələri üçün İstanbula gəldiyini deyib. Kerezo Arda üçün 12,5 milyon avro təklif edildiyinə dair xəbərlərin həqiqət olmadığını bildirib: "Nə? 12,5 milyon avro? Biz Ardaya heç 3 milyon avro da vermərik. La Liqadakı vəziyyətimiz hələ bəlli deyil. Avropada iştirak edib-etməyəcəyimizə aydınlıq gəlməyib. Hər şey yoluna düşəndən sonra transfer planları hazırlayacağıq. Sizə yenə deyirəm Ardanın "Atletiko"ya transfer olunması haqda yayılan xəbərlər yalandı". Klub rəsmisi Arda üçün bir neçə ay öncə Migel Angel Gil tərəfindən göndərilən təklif məktubuna belə açıqlama verib: "O təklifmi? O təklif bir dosta yaxşılıq üçündü. Dostumuz Mendes belə bir şey istədi, biz də yazdıq. Ardaya təklifdən də çox bir yaxşılıq yazısı deyə bilərik".
| Paylaş: