')

Bu gün:


FutbolPress.Az | ŞAHMAT YIĞMAMIZ DÜNYA KUBOKUNA

ŞAHMAT YIĞMAMIZ DÜNYA KUBOKUNA


oxunma sayı: 661 Paylaş:

FutbolPress: Noyabrın 21-də Rusiyanın Xantı-Mansiysk şəhərində start götürəcək şahmat üzrə Dünya Kubokunun bütün iştirakçıları müəyyənləşib.

Azərbaycanın 5 şahmatçısı bu yarışda iştirak edəcək. Bunlar ötən ay Serbiyada komandalararası Avropa çempionatında qızıl medal qazanmış şahmatçılarımız - Teymur Rəcəbov (2748, 22 yaş), Vüqar Həşimov (2758, 23 yaş), Şəhriyar Məmmədyarov (2719, 24 yaş), Rauf Məmmədov (2634, 21 yaş) və Qədir Hüseynovdur (2625, 23 yaş).

Dünya Kubokunda 128 şahmatçı olimpiya sistemi üzrə mübarizə aparacaq. Püşk nəticəsində bir-biri ilə üz-üzə gələcək zəka sahibləri ardıcıl 2 gündə 2 dəfə qarşılaşacaqlar. Əgər bərabərlik qeydə alınarsa, üçüncü gün onlar tay-breykdə oynayacaqlar. Final isə 4 partiyadan ibarət olacaq. 1/64 final mərhələsindən başlanacaq Dünya Kubokuna dekabrın 14-də yekun vurulacaq.

 


oxunma sayı: 661 | Paylaş:




?>