AUTSAYDER TARİX YAZDI
Paylaş:
Almaniya Bundesliqasının ötən turunda "Sankt Pauli" - "Şalke" qarşılaşmasında azarkeşlərdən birinin atdığı pivə piyaləsi yan xətt hakiminin başına dəymişdi. Bu səbbədən oyun türkiyəli baş hakim Dəniz Aytəkin tərəfindən dayandırılmışdı. Almaniya Futbol İttifaqı məsələyə hüquqi qiymət verib. Meydan sahibləri çempionatın XXX turunda aprelin 23-də "Verder"i azarkeşsiz tribunalar önündə qəbul etməli olacaq. Bu, həm də Almaniya Bundesliqasında ilk dəfə baş verəcək. 89-cu dəqiqədə baş verən həmin olaydan sonra türkiyəli baş hakim matçı dayandırıb. Həmin vaxt hesab 2:0 "Şalke"nin xeyrinə olub.
| Paylaş: