')

Bu gün:


FutbolPress.Az | "BORUSSİYA" "KEÇİLƏRİ" MƏLƏTDİ (YENİLƏNİB)

"BORUSSİYA" "KEÇİLƏRİ" MƏLƏTDİ (YENİLƏNİB)


oxunma sayı: 181 Paylaş:

Almaniya Bundesliqasında XXIX turun oyunlarına yekun vurulub. İlk oyun günündə cəmi bir qarşılaşma baş tutub. "Ayntraxt" dogma meydanda heç də yaxşı günlərini yaşamayan "Verder"i qəbul edib. Matç minimal hesablı heç-heçə ilə bitib. İlk hissəsi qolsuz bitən qarşılaşmanın 58-ci dəqiqəsində meydan sahibləri Halil Altıntopun avtoqolu ilə yenik duruma düşsə də, 25 dəqiqə sonra Feninin qolu oyuna tarazlıq gətirib. Görüş elə bu hesabla da bitib.

Turun əksər görüşləri ikinci oyun gününə təsadüf edib. "Frayburq" doğma meydanda "Hoffenhaym" üzərində əzmkar qələbəyə sevinib. Hazırki lider "Borussiya" səfərdə xal itkisilə üzləşib. Dortmund təmsilçisi "Hamburq"un müqaviməti qıra bilməyib. Eyni aqibəti son çempion "Bavariya" da yaşayıb. "Pivəçilər" "Nürnberq"lə matçda hesabı açsalar da, sona dək üstünlüyü qoruya bilməyiblər. Çempionlar Liqasında uğurlu oyun sərgiləyən "Şalke" "Volfsburq"u minimal hesabla udub.

Sonuncu oyun günündə Münhenqladbax "Borussiya"sı doğma meydanda "Köln"ü qəbul edib və rəqibini 5:1 hesabı ilə darmadağın edib. Çempionluq uğrunda mübarizə aparan "Bayer" isə autsayderi üstələyib. Leverkuzendə "Sankt Pauli"ylə qarşılaşan Haynkesin komandası Kislinq və Benderin vurduğu qollarla 3 xala sevinib.

Almaniya Bundesliqası XXIX tur

8 aprel

"Ayntraxt" - "Verder" - 1:1
Qollar:
Fenin, 83 - Halil Altıntop, 58 (avtoqol)

9 aprel

"Frayburq" - "Hoffenheym" - 3:2
Qollar:
Şuster, 23, Sisse, 60 (pen), Butşer, 78 - İbişeviç, 34, Babel, 43

"Hamburq" - "Borussiya" (Dortmund) - 1:1
Qollar:
Van Nistelroy, 37 (pen) - Blaşikovski, 90

"Hannover" - "Maynts" - 2:0
Qollar:
Konan Ya, 45 (pen), Pinto, 59

"Nürnberq" - "Bavariya" - 1:1
Qollar:
İqler, 60 - Müller, 5

"Şalke" - "Volfsburq" - 1:0
Qollar:
Jurado, 76

"Ştutqart" - "Kayzerslautern" - 2:4
Qollar:
Kuzmanoviç, 26 (pen), Poqrebnyak, 39 - Lakiç, 17; 79, Hoffer, 68, Riviç, 87

10 aprel

"Borussiya" (Münhenqladbax) - "Köln" - 5:1
Qollar:
Aranqo, 29, Reus, 34; 39, Dims, 65 (pen), Norveyt, 67 - Novakoviç, 50

"Bayer" - "Sankt Pauli" - 2:1
Qollar:
Kislinq, 66, Bender, 77 - Takyi, 58


oxunma sayı: 181 | Paylaş:




?>