')

Bu gün:


FutbolPress.Az | ALMEYDA "QARTAL"A ÜMİD VERDİ  (YENİLƏNİB)

ALMEYDA "QARTAL"A ÜMİD VERDİ (YENİLƏNİB)


oxunma sayı: 207 Paylaş:

Türkiyə Superliqasında XXVIII turun oyunlarına yekun vurulub. İlk oyun günündə 1 qarşılaşma oynanılıb. Son çempion "Bursaspor" dogma meydanda "Antalyaspor"la qarşılaşıb və gözlənilmmədən məğlub olub. Ötən tur "Qalatasaray"ı darmadağın edən antalyalılar bu dəfə Bursanı şoka salıb. Matçın 74-cü dəqiqəsinə kimi oyunda bərabərlik olsa da, Uğur İncemanın 67-ci dəqiqədə vurduğu qol həlledici olub - 2:3.

İkinci oyun günündə daha çox çempionluq uğrunda mübarizə aparan "Fənərbağça"nın səfərdə "Əskişəhərspor"u məğlub etməsilə yadda qalıb. Hesabı meydan sahibləri açsa da, sonradan 3 qol vuran Kocamanın yetirmələri əzmkar qələbəyə seviniblər.

Üçüncü oyun günü çempionluq yarışına çoxdan əlvida demiş "Qalatasaray"ın yenidən uduzması ilə yadda qalıb. Doğma meydanda "Trabzonspor"u qəbul edən "Cim Bom" Burak Yılmazın 82-ci dəqiqədə vurduğu qolla məğlub olub. Xallarının sayını 66-a yüksəldən qonaqlar isə "Fənərbağça"nı qabaqlayıb liderliyi yenidən ələ alıblar.

Turun qapanış matçında "Beşiktaş" səfərdə "Kasımpaşa"nın qonağı olub. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolu Almeydadan gəlib.

Türkiyə Superliqası XXVIII tur

8 aprel

"Bursaspor" - "Antalyaspor" - 2:3
Qollar:
Altidor, 45, Miller, 65 - Uğur İnceman, 59; 74, Necati Ateş, 67

9 aprel

"Bucaspor" - "Karabükspor" - 2:1
Qollar:
Jebril, 20, Ali Kuçik, 35 - Florint Çernat, 13 (pen)

"Konyaspor" - "Manisaspor" - 0:0

"Əskişəhərspor" - "Fənərbağça" - 1:3
Qollar:
Batuhan, 8 - Caner, 10, Nyanq, 14, Semih, 87

10 aprel

"Qaziantepspor" - "Ankaragücü" - 3:2
Qollar:
Adin, 58, Tosun, 61; 76 - Raynox, 66, Cek, 88

"İstanbul BB" - "Sivasspor" - 1:2
Qollar:
Holosko, 64 - Pedriel, 36, Kılıç, 60

"Gənclərbirliyi" - "Kayserispor" - 4:1
Qollar:
Pektemek, 26, Zek, 62, Jedinak, 89, Demir, 90 - Bilgin, 68

"Qalatasaray" - "Trabzonspor" - 0:1
Qol:
Burak Yılmaz, 82

11 aprel

"Kasımpaşa" - "Beşiktaş" - 0:1
Qol:
Almeyda, 44


oxunma sayı: 207 | Paylaş:




?>