')

Bu gün:


FutbolPress.Az | İLİN ƏN YAXŞI FUTBOLÇUSU ADINA NAMİZƏDLƏR MÜƏYYƏNLƏŞDİ

İLİN ƏN YAXŞI FUTBOLÇUSU ADINA NAMİZƏDLƏR MÜƏYYƏNLƏŞDİ


oxunma sayı: 141 Paylaş:

İngiltərə Professional Futbolçular Birliyi tərəfindən təşkil olunan ilin ən yaxşı futbolçuları mükafatına namizədlər məlum olub. "Tottenhem"in oyunçusu Qaret Beyl və "Arsenal"lı Samir Nəsri iki mükafat kateqoriyasında namizəd göstərilib. Onlar ilin ən yaxşı futbolçusu ilə yanaşı ilin ən yaxşı gənc oyunçusu mükafatı uğrunda da yarışacaq. Bu mövsüm 24 oyunda 7 qol vuran Beylin şansları daha çox qiymətləndirilir.

Bu kateqoriyaya namizəd göstərilən tək hücumçu isə "Mançester Siti"li Karlos Tevesdi. Bundan əlavə, "Mançester Yunayted"dən 3 futbolçu - Vidiç, Nani və Haviyer Hernandes mükafata namizədlər arasındadı.

Mövsümün ən yaxşı oyunçusu kateqoriyasındakı digər namizədlər Rafael Van der Vaart ("Tottenhem"), Skot Parker ("Vest Hem"), Çarli Adamdı ("Blekpul").

Ən yaxşı gənc oyunçu nominasiyası üzrə isə Co Hart ("Mançester Siti"), Cek Vilşere ("Arsenal"), Samuel Koleman ("Everton") mübarizə aparacaq.

Mükafatların sahibləri aprelin 17-də açıqlanacaq.


oxunma sayı: 141 | Paylaş:




?>