')

Bu gün:


FutbolPress.Az | "BİZ AZARKEŞLƏRİMİZİN ARXASINDA DAYANMIŞIQ!"

"BİZ AZARKEŞLƏRİMİZİN ARXASINDA DAYANMIŞIQ!"


oxunma sayı: 620 Paylaş:

FutbolPress: "Xəzər Lənkəran" - "Neftçi" matçında yaşanan olaylardan sonra "Fırtına" müstəqil fan-klubu rəsmi saytında bəyanatla çıxış edərək klubun prezidenti Mais Mənsimova bu olaylara rəsmi münasibət açıqlamağı xahiş etdi.

Eyni zamanda "12-ci oyunçu" fan-klubu da çağırışlara qoşuldu. Məsələnin bu cür gedişini görən "Neftçi"nin "Flaqman" müstəqil fan-klubu mətbuat vasitəsiylə "Fuck Off" ifadsəni yazılmış plakatın nümayiş etdirilməsini təkzib edib, sadəcə "Flake Off..." (Qabığı sökülmüş) yazılan plakat nümayiş edildiyini açıqladı. Ancaq Lənkəran ictimaiyyətinin məsələyə tələbkar yanaşmasını görən, "Flaqman"ın fəal üzvü Emin Tarverdiyev fan-klub adından lənkəranlılardan və "Xəzər Lənkəran" fanatlarından üzr istədi.

Bütün bunlardan sonra məsələyə PFL də münasibət açıqladı: "Neftçi" fanatlarının qeyri-etik hərəkətlərini pisləyirik. Premyer Liqa oyunlarında bir də belə hal baş verərsə, hakim oyunu saxlayacaq, oyunda bu hal bir də təkrarlanarsa, həmin klub biroyunluq azarkeşsiz oynama cəzası alacaq".

Nəhayət, bütün bu reaksiyalara "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov da qoşuldu. Mənsimovun "Futbol+" qəzetinə müsahibəsində məsələyə bu cür münasibət bildirib: "Biz azarkeşlərimizin arxasında dayanmışıq. İstər rəsmi fan-klub olsun, istərsə "Bosman", "Fırtına", "12-ci oyunçu" və ya başqaları. Hər bir "Xəzər Lənkəran"sevərin də qanun çərçivəsində etdiyi tərəfdarlığa dəstək oluruq. Məsələ araşdırılır. O ki qaldı "Neftçi" fanklubunun etdiyi mədəniyyətsizliklərə, bununla razılaşa bilmirik".

Mənsimov müstəqil fan-klubların "Neftçi" fanatlarının kobud hərəkətlərinə klubun rəsmi qiymət açıqlaması müraciətinə də reaksiya verib: "Neftçi" fan-klubunun etdiyi mədəniyyətsizliklərə, bununla razılaşa bilmirik. Oyun zamanı kimsə şalvarını çıxarıb qarşı tərəfə nəsə göstərirsə, bu ən azı böyük tərsiyəsizlikdi. Yazılan ifadəni də bilirsiz. Üstəlik, ANS TV-dəki "Topsuz toplu" verilişində çıxıb üzr istəmək əvəzinə, təhqiramiz ifadəyə bəraət qazandırmaq cəhdi də başadüşülən deyil. Mən həmin şəxsə bir sual vermək istəyərdim: "Bu səlahiyyəti sənə kim verib? Klub prezidenti, yoxsa vitse-prezident?"


oxunma sayı: 620 | Paylaş:




?>