')

Bu gün:


FutbolPress.Az | AVROLİQADA QOLLU GECƏ: "VİLYAREAL" VƏ "PORTO" RƏQİBLƏRİNƏ ACIMADI (YENİLƏNİB)

AVROLİQADA QOLLU GECƏ: "VİLYAREAL" VƏ "PORTO" RƏQİBLƏRİNƏ ACIMADI (YENİLƏNİB)


oxunma sayı: 215 Paylaş:

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Qitənin ikinci dərəcəli turnirinin yarımfinalına yüksəlmək istəyən 8 klub eyni gündə üzə-üzə gəlib. Portuqaliya bu mərhələdə 3 komanda ilə təmsil olunur. "Benfika" doğma meydanda PSV-ni qonaq edib və 4:1 hesabı ilə qələbə qazanıb. İlk hissəsi qolsuz bitən matçın ikinci yarısında meydan sahibləri rəqibin qapısına 4 top vurub. Qonaqlar isə bu toplardan yalnız birinin əvəzini çıxa bilib.

"Braqa" səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşıb. 6-cı dəqiqədə ev sahibi komanda hesabı açsa da, braqalılar 8 dəqiqə sonra avtoqol sayəsində oyuna tarazlıq gətirib və matç bu hesabla bitib.

Portuqaliya çempionatının sonuna 5 tur qalmış çempion adını rəsmiləşdirən "Porto" Moskva "Spartak"ı ilə görüşüb. "Əjdahalar" bu oyunda moskvalılara divan tutub (5:1) və yarımfinal vəsiqəsini elə indidən cibinə qoyub.

İspaniyanın tək təmsilçisi "Vilyareal" isə "Tvente"nin müqavimətini artıqlaması ilə qırıb. "Sualtı qayıqcılar" "Porto" kimi rəqibini 5 dəfə meydanın mərkəzinə dəvət edib. Hollandiyalılar isə bu toplardan yalnız birinin əvəzini çıxıb.

Avropa Liqası 1/4 final (ilk oyunlar)

7 aprel

"Benfika" (Portuqaliya) - PSV (Hollandiya) - 3:1
Qollar:
Aymar, 37, Salvio, 45, 52 - Labyad, 80

"Dinamo" (Kiyev, Ukrayna) - "Braqa" (Portuqaliya) - 1:1
Qollar:
Yarmolenko, 6 - Vukoyeviç, 14 (avtoqol)

"Porto" (Portuqaliya) - "Spartak" (Moskva, Rusiya) - 5:1
Qollar:
Falkao, 37; 90, Varela, 65, Maykon, 70, Rodriqez, 84 - Kombarov, 71

"Vilyareal" (İspaniya) - "Tvente" (Hollandiya) - 5:1
Qollar:
Marçena, 22, Valero, 43, Nilmar, 45+1; 80, Rossi, 55 - Yanko, 90


oxunma sayı: 215 | Paylaş:




?>