')

Bu gün:


FutbolPress.Az | MESSİ QOL VURMADI, "BARSA" DARMADAĞIN ETDİ (VİDEO)

MESSİ QOL VURMADI, "BARSA" DARMADAĞIN ETDİ (VİDEO)


oxunma sayı: 205 Paylaş:

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. "Barselona" doğma meydanda "Şaxtyor"u qəbul edib. 1/8-də hər iki oyunda "Roma" üzərində inamlı qələbə qazanaraq Avropanı təəccübləndirən Ukrayna təmsilçisi kataloniyalıların qarşısında aciz qalıb. Artıq 2-ci dəqiqədə İnyesta meydan sahiblərini önə keçirib. 32 dəqiqə sonra Alveş fərqlənərək fərqi 2 topa çatdırıb. İkinci yarının əvvəlində Pike 3-cü qolu vurub. Luçeskunun komandası 59-cu dəqiqədə bu qolllardan birinin əvəzini çıxıb. Bundan sonra "Barsa" Keyta və Xavi ilə daha iki qol vuraraq yarımfinala vəsiqəni elə ilk oyundan təmin edib.

Çempionlar Liqası 1/4 final (ilk oyunlar)

6 aprel

"Barselona" (İspaniya) - "Şaxtyor" (Ukrayna) - 5:1
Qollar:
İnyesta, 2, Alveş, 34, Pike, 53, Keyta, 61, Xavi, 86 - Rakitski, 59



oxunma sayı: 205 | Paylaş:




?>