')

Bu gün:


FutbolPress.Az | PORTUQALİYALILAR "QARTALI" UÇURTDU (YENİLƏNİB)

PORTUQALİYALILAR "QARTALI" UÇURTDU (YENİLƏNİB)


oxunma sayı: 161 Paylaş:

Türkiyə kubokunda yarımfinal mərhələsinin oyunlarına yekun vurulub. İlk oyun günündə cəmi bir qarşılaşma keçirilib. Superliqada çempionluq yarışından əlini üzən "Beşiktaş" kubokda yoluna inamla davam edir. 1/4 final mərhələsində iki görüşün nəticəsinə görə, "Qaziantep BB"ni üstələyən (5:0) "Qara qartal" doğma meydanda "Qaziantepspor"u qəbul edib. İlk hissəsi qolsuz bitən matçın ikinci yarısında Tayfur Havutçunun komandası rəqib qapısından 3 cavabsız top keçirərək qələbə qazanıb. İstanbul klubunun heyətində Simao və Almeyda fərqlənib.

Yarımfinalın bu gün keçirilən digər görüşündə isə "İstanbul BB" və "Gənclərbirliyi" münasibətlərinə aydınlıq gətirib. Matç minimal hesablı heç-heçə (1:1) ilə bitib. İlk qol 21-ci dəqiqədə qonaqlardan gəlib. Meydan sahibləri ikinci yarıda hesabı bərabərləşdirməyi bacarıb.

Türkiyə kuboku

Yarımfinal (ilk oyunlar)

6 aprel

"Beşiktaş" - "Qaziantepspor" - 3:0
Qollar:
Simao, 64; 86, Almeyda, 75

7 aprel

"İstanbul BB" - "Gənclərbirliyi" - 1:1
Qollar:
Holosko, 62 (pen) - Mustafa Pəktəmək, 21


oxunma sayı: 161 | Paylaş:




?>