')

Bu gün:


FutbolPress.Az | İTALİYANIN BAŞ NAZİRİ TÜRKİYƏDƏN FUTBOLÇU ALIR

İTALİYANIN BAŞ NAZİRİ TÜRKİYƏDƏN FUTBOLÇU ALIR


oxunma sayı: 124 Paylaş:

Sərgilədiyi oyunu ilə qısa zamanda Nigeriya Yığma komandasına qədər yüksələn "Karabaükspor"un futbolçusu Emmaneul Emenike Seriya A-nın hazırki lideri "Milan"ın transfer siyahısına düşüb.

"Lig TV"nin verdiyi xəbərə görə, bu ilin əvvəlindən qara dərili oyunçunu izləyən İtaliya klubu mövsümün sonunda Türkiyəyə gələrək Qaradəniz təmsilçisinin qapısını döyəcək. Komandanın Bank Asyadan Superliqaya çıxmasında böyük pay sahibi olan Emenike göstərdiyi performansı ilə Avropanın nəhəng klublarının diqqətini çəkib.

Uzun zamandı zədə səbəbindən yaşıl meydanlardan kənar qalan gənc futbolçunun həftəsonu "Qaziantepspor" matçında oynayacağı gözlənilir.


oxunma sayı: 124 | Paylaş:




?>