')

Bu gün:


FutbolPress.Az | DEŞAM İSTƏYİR, QVARDİOLA FİKİRLƏŞİR

DEŞAM İSTƏYİR, QVARDİOLA FİKİRLƏŞİR


oxunma sayı: 107 Paylaş:

"Marsel" mövsümün sonunda "Barselona"nın futbolçusu Seydou Keytanı transfer etməyə hazırlaşır. Kataloniya mediasının verdiyi xəbərə görə, fransız klubu baş məşqçi Didye Deşamın istəyilə Keyta üçün Qvardiolanın komandasına təklif göndərəcək.

"Bavariya" ilə də adı tez-tez hallanan futbolçunun "Barsa"da qalmaq istədiyi bəllidi. Ancaq Kataloniya klubunun çalışdırıcısı Qvardiolanın malili oyunçunu gələn mövsüm ehtiyatda saxlayacağı da deyilir.

Karyerasına "Marsel"də başlayan Keyta daha sonra "Lorient", "Lens" və "Sevilya" formaları geyinmiş, 2008-ci ildə isə "Barselona"ya transfer olunmuşdu.


oxunma sayı: 107 | Paylaş:




?>