')

Bu gün:


FutbolPress.Az | AZƏRBAYCAN FUTBOLUNDA QALMAQAL: BAŞ HAKİMİ DÖYDÜLƏR

AZƏRBAYCAN FUTBOLUNDA QALMAQAL: BAŞ HAKİMİ DÖYDÜLƏR


oxunma sayı: 313 Paylaş:

Azərbaycan futbolunda növbəti qalmaqal baş verib. Birinci dəstədə baş tutan "Bakılı" - "MKT Araz" oyunundan sonra görüşün baş hakimi Rauf Cabbbarov fiziki təzyiqə məruz qalıb. "Çempion" qəzeti yazır ki, meydan sahiblərinin iki futbolçusuna qırmızı vərəqə göstərən Cabbarov komandanın inzibatçısının qəzəbinə tuş gəlib. Matçın final fitindən sonra referinin üstünə hücum çəkən klub rəsmisi onu yerə yıxaraq döyməyə başlayıb.

"Bakılı"nın prezidenti Misir Əbilov Cabbarovun döyülmədiyini desə də, dolayısı ilə ona təzyiq göstərildiyini təsdiqləyib: "İdarəçilikdən razı qalmadım. Komandamızın iki oyunçusuna qırmızı vərəqə göstərdi. Açıq-aşkar hiss olunurdu ki, sifarişlə gəlib. Biz də dözə bilmədik, oyundan sonra bir az təzyiq göstərdik. Döymədik, sadəcə, yüngülvari itələdik. Daha sonra isə söydüm".

"MKT Araz"ın baş məşqçisi Xali Mustafayev isə bildirib ki, oyundan dərhal sonra "Bakılı"nın inzibatçısı içəri daxil olaraq, Rauf Cabbarovun döyməyə başlayıb: "Hər şey gözümün qabağında baş Verdi. Səbəbini mən də bilmədim".


oxunma sayı: 313 | Paylaş:




?>