')

Bu gün:


FutbolPress.Az | Qurbanova kömək edin!

Qurbanova kömək edin!


oxunma sayı: 1732 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

Milli Belçikaya uduzandan sonra coşan "Qurbanov, kömək et" haraylarının üstündən su içməyə macal tapmamış "Neftçi" Arif Əsədovun məşqçiliyi ilə göstərdi ki, "Qarabağ" buraların "barselonası" deyil. Doğrudanmı Əsədov Qurbanovdan daha güclüdü? - Sualdan sual doğur: görəsən, Qurbanovun komandası həqiqətənmi 2 cavabsız qolla təslim olacaq qədər zəif idi rəqib qarşısında? Fikirləşək bir az...

Oyunda "Qarabağ"ın taktiki və fiziki hazırlıq sarıdan rəqibə aşkar uduzduğunu gördüm. Sonra da nəsə deyim? Nə qaldı ki...

Futbol elə taktika və fizikadan ibarətdi. Qalan texnika-mexnika fərdi məsələlərdi.

Son 9 oyunda rəqibləri qabağına qatıb hamısını məğlub edən, lakin "Neftçi"ylə oyunda bütün cəhətlərdə yarımçıq "Qarabağ" gördüm. Əgər bu millini xilas edəcəyini düşündüyümüz Qurbanovun komandasıdısa, onda mən gənc məşqçimizə daha bir gənc ömrü boyda təcrübə arzulayıram. Bir az açıq danışsam, yəni həmişəki fikrim: Qurbanov özünü tam sübut etməyib. Onu etalonlaşdıran həmkarlarımı və başqalarını anlamaqda çətinlik çəkirəm.

Yazını oxuyanların narazı və tərəddüd halını almış simalarını hiss edirəm. Mənim həmişə hadisənin episentrində ona qiymət vermək həvəsim başıma bəla olsa da, məqam yetişəndə o "bəla"dan "b" silinir, olur əla. Bircə misal: Vaqif Cavadov  "Tvente"yə xonçayla yola salınanda yazdım ki, bu yanlış addımdı, Cavadovun  çöküşünə səbəb olacaq. Bəli, gördüyümüz kimi, mən yanıldım, Cavadov oradan "Ayaks"a getdi. Gələcəyinə yekə ümid var...

Cavadovu tənqid etdiyimə görə mənə qarğış edənlər, lənətləyənlər, üstümə yaba qaldıran həmkarcıqlar... Hardadılar? Gəlin Cavadovun halına birlikdə acıyaq; qızlar boool, siqaret "cool"...

Bir şəxsin şəxsi keyfiyyətlərini biləndə haqqında yazmaq daha asan olur. Qurbanov isə mənimçün "köhnə tanış" olsa da, hələ də qapanıq biridi. Dəfələrlə ünsiyyətdə olsaq da, müxtəlif məclislər-filan; "ütüsü" pozulmayıb. Qapanıq, ağırtəbiətli və s.

Ancaq yuxarıda, "
Doğrudanmı Əsədov Qurbanovdan daha güclüdü?" sualı qoymuşam. Cavab tapmağa məcbur eləmirəm, ancaq bəzi parallelər maraqlıdı. Qurbanov da "Neftçi"də baş məşqçiliyə başladı və mənə indiki Əsədovu xatırladır. Qətiyyətini həmişə ehtiyyatda saxlayan, iradəsini tam ortaya qoymağa çəkinən və s. bəzi natamam komplekslər. Qurbanov Əsədovu sadəcə zamanla qabaqlayır. O, avrokuboklar üzü görüb və uğur sahibidi. Əsədov isə açılmayan kart kimi, gah təəccübləndirir, gah da "təəccübləndirir"... Birincinin ikinciyə nisbətən zaman üstünlüyü, məncə, özünü yalnız yaxşı komanda formalaşdırmaqda göstərib. Əsədov isə bunu əla bacarmır...

Azərbaycanda bu vacib amildi. Sən yaxşı məşqçi olmazdan əvvəl gərək yaxşı komanda yarada biləsən. Çünki "torba" məsələsi daim aktualdı. Əsədovun bəxti onda gətirib ki, klubun prezidenti Sadıq Sadıqovdu - bütün komandaya sevdirə bilib özünü. Onun xatirinə kənara addım atılmaz heç zaman...

İstəmədən Qurbanov-Əsədov mücadiləsi konteksti yarandı yazıda. Mənsə zamanla formalaşmış Qurbanov etalonuna qarşılıq  dünənki oyunun fonunda gördüyüm çatışmazlıqları sizə çatdırmaq istəyirdim. Əslində, istədiklərimi yazmışam...

"Qarabağ"ın dünənki oyunda ilk qoldan sonra rəqibə üstünlük yarada bilməyəcəyini görüb tam gücünü ortaya qoymadığını hiss etdim. Məqsəd "Xəzər Lənkəran"la oyuna daha böyük güclə çıxmaq idisə, yaxşı taktikadı. Onsuz "Neftçi"nin çempionluq iddiasına şərik çıxa bilməyəcəyini anlayan komanda ipi əldən buraxır, ikinci yer uğrunda döyüşə bel bağlayır. Ancaq xoşagəlməz hal odu ki, komandanın öz içindən "qəsdən oynamadılar" soraqlarını eşidirik.

Əgər doğrudan da belədisə... onda Qurbanova kömək edin!

Yazarın bütün yazıları

oxunma sayı: 1732 | Paylaş:




?>