')

Bu gün:


FutbolPress.Az | RAİL MƏLİKOV QƏLƏBƏNİ AFFA PREZİDENTİNƏ HƏSR ETDİ

RAİL MƏLİKOV QƏLƏBƏNİ AFFA PREZİDENTİNƏ HƏSR ETDİ


oxunma sayı: 292 Paylaş:

"Azakeşlər əsl futbol oyununun şahidi oldular"

"Görüşdən öncə, çox insan belə bir fikir söyləyirdi ki "Neftçi" -"Qarabağ" qarşılaşması çempionluğun taleyini 50 faiz həll edən matçdı. Həqiqətəndə bu gün meydanda azarkeşlər əsl futbol oyununun şahidi oldular. Yüksək əzmkarlıq nümayiş etdirərək, 3 xal qazandıq". Bu sözləri Azərbaycan Premyer Liqasının XXV turunda doğma meydanda "Qarabağ"la qarşılaşan "Neftçi"nin kapitanı Rail Məlikov deyib.

Təcrübəli futbolçu komandasının 2:0 hesablı qələbə qazanmasını belə şərh edib: "Bu gün ən yaxın izləyicimizi 6 xal qabaqlayırıq və final mərhələsində bu fərq heç də az deyil. Buna baxmayaraq, hər görüşdə bütün gücümüzü ortaya qoyaraq, qələbə qazanmalıyıq. Respublika stadionunda əsl futbol atmosferi vardı.

Son vaxtlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi, şəxsən təşkilatın prezidenti Rövnəq Abdullayev tərəfindən ölkə futbolunun inkişafına yüksək diqqət və qayğı göstərilir. Bu gün Rövnəq müəllimin ad günüdü. Mən həm milli komandanın oyunçusu, həm də "Neftçi" klubunun kapitanı olaraq bütün futbolçular adından AFFA prezidentini təbrik edirəm və Rövnəq müəllimə futbolumuzun inkişafı yolunda daha böyük uğurlar arzulayıram". 


oxunma sayı: 292 | Paylaş:




?>