')

Bu gün:


FutbolPress.Az | SABİR RÜSTƏMXANLI AFFA PREZİDENTİNİN CAVABINI VERDİ

SABİR RÜSTƏMXANLI AFFA PREZİDENTİNİN CAVABINI VERDİ


oxunma sayı: 229 Paylaş:

Millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan yığmasının Belçikaya məğlubiyyəti ilə bağlı fikirlərini bildirərkən futbolçuları "qoyun sürüsü" adlandırmışdı. Ötən gün isə AFFA prezidenti Rövnəq Abdullayev millət vəkilinə cavab verərək, onu ziyalı adlandırmadığını bildirmişdi.

Sabir Rüstəmxanlının AFFA prezidentinə cavabı çox gecikməyib. Millət vəkili musavat.com saytına açıqlamasında futbola ayrılan pulların düzgün istiqamətdə xərclənmədiyini bildirib: "Aprelin 1-də futbol barədə mənim fikrimi soruşublar. Amma zarafat günü olmasına baxmayaraq tam ciddi şəkildə demişəm ki, Belçikadakı oyunda mənim gördüyüm Azərbaycan komandası qoyun sürüsünü xatırladırdı. Ziyalılığın bura nə dəxli var?! Mən bir vətəndaşam, Azərbaycanın pulu-parası ilə xaricdən futbolçu, məşqçi gətirilir. Mədəniyyətimizdən, tariximizdən artıq bu sahəyə vəsait qoyulur. İdmanın bir çox sahələri var ki, Azərbaycana şöhrət gətirir. Biz onlarla fəxr edirik. Onların hər birinə nə qədər pul xərclənibsə, halalları olsun.

Ölkədə gərək futbol evlərdən, həyətlərdən, idman məktəblərindən başlasın. Kənardan quyuya su tökməklə quyu sulu olmaz. Kənardan gələn məşqçinin heç nə vecinə deyil. Hər dəfə deyir gələn dəfə udacağıq. Xarici məşqçilərin işi ATƏT-in Minsk Qrupunun fəaliyyətindən heç nə ilə fərqlənmir. Futbolda belədi ki, top rəqibdə olanda hücum edərlər. Amma bizim komandada bunu görmədim. Yəni Azərbaycan komandası mənə qoyun sürüsü təsiri bağışladı. Oradakı ki, millətin şərəfinə-ləyaqətinə yanlış hərəkət olur, onda deyirlər bu, qoyunluqdu. Bu da təhqir hesab olunmur. Buna Rövnəq necə baxır, bu, artıq onun öz ziyalılığıdı".


oxunma sayı: 229 | Paylaş:




?>