')

Bu gün:


FutbolPress.Az | RÖVNƏQ ABDULLAYEV: BERTİ FOQTSU "XALQ DÜŞMƏNİ" ETMƏK OLMAZ

RÖVNƏQ ABDULLAYEV: BERTİ FOQTSU "XALQ DÜŞMƏNİ" ETMƏK OLMAZ


oxunma sayı: 209 Paylaş:

"...Həmin şəxsləri ziyalı saymıram"

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev milli komandanın oyunundan narazı qaldığını bildirib: "Biz də millinin oyunundan narazıyıq və çalışırıq ki, milliyə yeni gənc oyunçular cəlb edək". "Trend"in məlumatına görə, bunu şənbə günü jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev deyib. O qeyd edib ki, ölkədə 13 yaşından başlayaraq hər yaş qrupunda futbolçular hazırlanır.

Lakin Abdullayev hesab edir ki, futbol azarkeşləri millini dəstəkləməlidi: "Türkiyə üzərində qələbə qazananda Berti Foqtsa qəhrəman deyirdilər, indi onu "xalq düşməni" etmək olmaz. Gəlin, millimizi hər zaman dəstəkləyək".

Onun sözlərinə görə, Belçika ilə səfər oyununa AFFA 500 ədəd bilet aldı, lakin heç 100 nəfər oyuna baxmağa getmədi.

Abdullayev azərbaycanlı azarkeşlərə bu məsələdə Almaniya və Belçikadan örnək götürməyi tövsiyə edib.

O, bəzi şəxslərin yığmanın oyunçularını yaxşı nəticələr göstərmədiyinə görə, təhqirlərə yol verilməsinə da etiraz edib: "Heç kimə ixtiyar verilməyib ki, azərbaycanlı oyunçuları təhqir etsin. Özlərini ziyalı sayan bəzi şəxslər təhqirə yol verərək, onlara "bir sürü qoyun" deyib. Bu sözlərdən sonra həmin oyunçuların psixoloji durumu necə ola bilər? Mən həmin şəxsləri ziyalı saymıram. Millini tənqid etmək lazımdı, amma təhqir olmaz".


oxunma sayı: 209 | Paylaş:




?>