')

Bu gün:


FutbolPress.Az | MİRBAĞIR İSAYEV: MİLLİYƏ LAYİQ DEYİLƏM

MİRBAĞIR İSAYEV: MİLLİYƏ LAYİQ DEYİLƏM


oxunma sayı: 205 Paylaş:

"Bunda tək Berti Foqtsun günahı yoxdu"

"Mənim Foqts haqqında danışmağımın heç yeri yoxdu. Əgər o, bu gün Azərbaycan yığmasının baş məşqçisi təyin olunubsa, biz çalışmalıyıq ki, hərə öz klubunda oyunçuları yetişdirib milliyə hazır vəziyyətdə göndərsin". Bu sözləri "FutbolPress"ə açıqlamasında son vaxtlar Azərbaycan millisinin başına gətiriləcək yerli məşqçilər arasında adı hallanan "Abşeron"un çalışdırıcısı Mirbağır İsayev dedi.

Gənc və iddialı məşqçi Azərbaycan yığmasının AVRO-2012-nin seçmə mərhələsində Belçikaya məğlub olmasını belə şərh etdi: "Əlbəttə, biz hamımız bir azərbaycanlı kimi istəyərdik ki, yığmamız Belçika üzərində qələbə qazansın. Bu bizim hamımızın arzusudu. Məğlubiyyət də ola bilər, heç-heçə də. Bu futboldu. Ancaq milli böyük hesabla uduzmamalıydı. Əfsuslar olsun ki, bu gün uğur əldə edə bilmirik. Bunda tək Berti Foqtsun günahı yoxdu. Hamımız çalışmalıyıq ki, futbolumuzun səviyyəsi yüksəlsin".

İsayev milli komandaya yerli məşqçi təyinatına belə münasibət bildirdi: "Bu gün Foqts yığmanın başındadısa, başqa söhbət ola bilməz. Yox, əgər baş məşqçi dəyişikliyi lazım gələrsə, Azərbaycanda təcrübəli mütəxəssislər çoxdu. Məsələn, Ağasəlim Mircavadovu, Qurban Qurbanovu, Əsgər Abdullayev, Vaqif Sadıqov, Yunis Hüseynovu qeyd edə bilərəm. Mənə gəldikdə isə onu deyə bilərəm ki, bu gün Mirbağır İsayev hələ milliyə layiq deyil. Yığma bizim son nöqtəmizdi".


oxunma sayı: 205 | Paylaş:




?>