ARDA HƏM QOL VURDU, HƏM DƏ...
Paylaş:
AVRO-2012-nin seçmə mərhələsində doğma meydanda Avstriyanı məğlub edən (2:0) Türkiyə millisinə 150 min lirə (75 min avro) mükafat veriləcək. Hiddinkin komandasının yüksək məbləğdə mükafat almasının səbəbkarı Arda Turan olub. Avstriya ilə oyundan sonra Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgener komandanın soyunub-geyinmə otağına gedərək futbolçuları təbrik edib. Bu zaman federasiya başçısı ilə millinin kapitanı Arda Turan arasında qısa dialoq olub. "Qalatasaray"ın gənc ulduzu TFF rəhbərindən millidəki qələbələrə görə verilən mükafatların artırılmasını israr edib. Arda mükafatın 100 min avro olmasını təklif edib. Özgener isə söz verməsə də, bu məsələ ilə bağlı düşünəcəklərini bildirib. Məlumata görə, Avstriya oyununda qələbəyə görə "ay-ulduzlu" oyunçulara cəmi 50 min lirə mükafat nəzərdə tutulubmuş. Ardanın federasiya başçısı ilə söhbətindən sonra mükafatın məbləğinin 3 qat artırıldığı iddia olunur.
| Paylaş: