')

Bu gün:


FutbolPress.Az | MÜBARİZ MƏNSİMOV UĞRUNDA MÜBARİZƏ

MÜBARİZ MƏNSİMOV UĞRUNDA MÜBARİZƏ


oxunma sayı: 753 Paylaş:

FutbolPress: "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun Türkiyədə nüfuzu artmaqdadı. Yaxın bir ilədək Mənsimovu pərəstişkarı olduğu "Beşiktaş"ın rəhbərliyinə iddia etdiyi barədə istənilər xəbərə klub rəhbərləri tərəfindən birmənalı münasibət gəlmirdi.

Dərhal bu xəbərlər rəhbərlik tərəfindən inadla israr olunurdu. Mənsimovun özü də həmişə "Beşiktaş"a yalnız azarkeşlik etdiyini, klubun rəhbərliyinə heç bir iddiasının olmadığını bildirir.

Artıq "Qara Qartal"ın indiki rəhbərliyi Mənsimovun Türkiyədə qəbul olunan bir sərmayəçi olduğunu və böyük dayaq ola biləcəyini dərk edib. Klubun prezidenti Yıldırım Dəmirörən vitse-prezident vəzifəsini ona həvalə etməyə hazır olduğunu bildirib.

Maraqlıdır ki, 2010-cu ilin yanvarında keçiriləcək konqresdə prezidentlik uğrunda mübarizə aparacaq hər iki namizəd - həm Yıldırım Dəmirörən, həm də Murat Aksu Mənsimovu öz yanında görmək istəyirlər.
Bu arada, Türkiyə mətbuatında Mənsimovun sərvəti barədə məlumat dərc olunub:

Sərvəti: 1,5 milyard dollar
Türkiyədə: 7-ci ən varlı
"Palmali"nin işçi heyəti: 45 min nəfər
Gəmilərin sayı: 129 min
Rusiyanın neft daşımasında 75% pay sahibidi
"PalSüd"ün büdcəsi: 20 milyon avro

 


oxunma sayı: 753 | Paylaş:




?>