')

Bu gün:


FutbolPress.Az | "PEŞƏKARLAR" (III FƏSİL)

"PEŞƏKARLAR" (III FƏSİL)


oxunma sayı: 1715 Paylaş:

Qeyri-rəsmi peşəkarlığın ilk addımları

(III Fəsil)

Keçici Kubokun yaranması - futbol tarixində dönüş nöqtəsidi
Kubok oyunları və peşəkarlığın başlanması
Qeyri-rəsmi peşəkarlığın ilk addımları
Futbolun ilk feodalları və vassalları

İngiltərədə ilk futbol klubu 1856-cı ildə "Şeffild" klubunun bazasında yaradılıb. Peşəkar futbol liqasına qoşulmasa da, klub indiyə qədər fəaliyyət göstərir. Ikinci qocaman klub 1862-ci ildə yaradılmış "Notts kaunti"dir. Bunlar ingilis futbol liqasının iki ən qocaman klublarıdır. Onlar 1985-ci ildə birinci liqada iştirak etmək hüququ qazanmışlar, bu klubların idarə heyətinin keçmiş sədri Cek Daniet isə İngiltərə futbol liqasının prezidenti olmuşdur.
Futbolun ilk illəri nizamsızlığı ilə fərqlənirdi. Yoldaşlıq görüşləri istənilən vaxt keçirilirdi: futbo oynamaq həvəsi, bir də komandaların bütün oyunçularını bir yerə toplamaq mümkün olanda.

20iyul 1871-ci il tarixli gün ingilis futbolunun inkişafında dönüş nöqtəsi oldu. Həmin gün, futbol assosiasiyasının yarandığı gündən düz səkkiz il keçəndən sonra yeddi centlmen divarları palıdla üzlənmiş otaqda oturub, ser Uinston Çörçil kimi Xerrouda təhsil almış mister Elkokun gözəl təklifini müzakirə edirdilər. Bu cənablar əvvəlcə, Parisin mühasirəsi də daxil olmaqla, son xəbərləri müzakirə etdilər, sonra isə həllinə yığışdıqları ciddi işə girişdilər.
Elkok hiss edirdi ki, yeni futbol oyununun stimullaşdırılmaya ehtiyacı var və nümunə kimi Xerrouda, ulduz komandanın çıxması şərti ilə keçirilən yeni yarış üsulunu misal gətirdi. O dedi ki, bu sistem oyunçuların və tamaşaçıların tam rəğbətini artıq qazanıb və ona görə də təklif etdi: "Uğrunda assosiasiyanın bütün komandalarının mübarizə aparacağı keçici futbol Kubokunu təsdiq etmək məqsədəuyğundur".

Bu, kubok yarışlarının başlanğıcı idi. Elkok nəinki ideya irəli sürdü, o, keçmiş zamanlarda dəbdə olduğu kimi, növbəti il Kubok uğrunda final görüşündə "Royal enciniars" komandasına qalib gələn "Uonderers" klubunda oynayaraq özü bu ideyanı həyata keçirdi. Əlbəttə, bu görüşün iştirakçılarından heç biri güman etməzdi ki, qəbul olunmuş qərar müəyyən mənada sosial partlayışa səbəb olacaq.
Kubok uğrunda yarış idman həyatında təkcə mərkəzi hadisəyə çevrilmədi, həm də ən adi adamları oyuna cəlb etdi. Bir müddətdən sonra digər kuboklar uğrunda yarışlar meydana gəldi: Avropa çempionlarının Kuboku, Kuboklar Kuboku və s. kimi. Kuboklar çempionatı futbolu milyon dollarlarla gəlir gətirən sənayeyə çevirdi. Futbolda peşəkarlığın başlanğıcını isə məhz İngiltərə futbol assosiasiyasının ilk Kuboku qoymuşdur.

Futbol assosiasiyasının Kuboku futbol həvəskarlarının təxəyyülünə dərhal hakim kəsilən yeni, təsirli amil idi. Bayaq deyildiyi kimi, bütün ölkədə futbolun müxtəlif növlərini oynayırdılar. Lakin indi şəhərlərdə və kəndlərdə klublar meydana gəlməyə başlayırdı, oyunçuların və həvəskarların sayı artırdı və onların bütün diqqəti Londona, kriket oyunu üçün nəzərdə tutulan, 2 min tamaşaçının tplaşdığı oval meydanda keçirilən kuboklar uğrunda final görüşünə cəmləşmişdi.
Ilk 11 il Kuboku nüfuzlu təhsil ocaqlarında oxuyan təminatlı cavanların oynadıqları London komandaları qazandılar
. Londonun futboldakı hakimliyi əylətdəkilərə yaxşı təsir bağışlamırdı. Futbolun populyarlığı artdıqca şimal əyalətlərinin "Preston" və "Blekbern" kimi klubları Şotlandiyadan istedadlı oyunçular cəlb etməyə başladılar. Messenatlar onlara gizlincə (oyunlardan məhrumedilmə qorxusuna baxmayaraq) haqq verirdilər. Təbiidir ki, zərəri ödənilməyən cavan fəhlələr başqa şəhərdə keçirilən oyuna gedə bilməzdilər. Həvəskarlıq statusu tərəfində duran və oyunda yalnız həvəskarların iştirak etməsi üçün əlindən gələni edən futbol assosiasiyasının çəp-çəp baxdığı qeyri-rəsmi peşəkarlıq belə yaranırdı. Lakin İngiltərənin şimalında və xüsusilə mərkəzi hissəsində bu statusa məhəl qoymayan klubların sayı, formal olaraq həvəskar sayılan, amma bununla belə pul alan futbolçuların sayı kimi artırdı. əgər gənc şaxtaçılar və fəhlələr futbolu əvəllər öz kefləri üçün oynayırdılarsa, indi klublar onlara hər cür güzəştli şərtlər təklif edərək işi buraxıb futbolla mışğul olmağı inandıranda başa düşdülər ki, futbolda varlanmaq olar.
Futbol qızıl axan damara, Eldoradoya çevriləndə onlar üçün sanki əfsanəvi nağıllar aləmi açılmışdı.
Ilk illər Kubok uğrunda final matçları Londondakı kriket oyunu üçün salınmış meydanda keçirilir və 2 minə yaxın adam toplayırdı. Tezliklə tamaşaçılarım sayı 50 mini ötdü və oyunlar yeni, nəhəng "Kristal pelis" stadionunda keçirilməyə başladı. Futbola olan maraq çox tez artdı. Oyun günü londonlular Temza çayının üstündəki köroünü konkalarla, atla, yaxud piyada keçirdilər. Bu qəribə mənzərə idi.

1901-ci ildə, o zaman hələ futbol liqasına daxil olmayan, yarımpeşəkarlardan ibarət "Tottnem hotspur" komandasının "Şeffild yunayted" komandası ilə Kubok uğrunda final görüşü eşidilməmiş miqdarda (110828) tamaşaçı toplamışdı. Bu, futbol həvəskarlarının sevimli komanda ilə ilə görüşünə kütləvi yürüşü idi. Tamaşaçılar peşəkar liqaya daxil olmayan ilk və yeganə komanda kimi "dəlisov tottnemlərin" (komandanın adı belə tərcümə olunur" Kuboku necə alacaqlarını görmək üçün ağaclarda, avlərin damında ola biləcək hər yerdə yerləşmişdilər.

Biznesmenlər dərhal duydular ki, futbolun fövqəladə populyarlığı özü ilə qazanc və cəmiyyətdə nüfuz gətirir. Oxucuya xatırlatmaq lazımdır ki, o dövr "azğın" kapitalizm dövrü idi və futbol liqası peşəkarlığın qapısını açan kimi işbzların klubları tamamilə əlinə almasına təəccüblənmək lazım deyil. Liqanın bütün klubları, mahiyyət etibarilə, səhmdar şirkətləri olurdular.
Tacirlər və fabrik sahibləri bu şirkətlərdə aksiyalar almağa başlayırdılar, daha varlılar isə nəzarət paketi alıb klubların sahibkarları olurdular. Klubların prezidentləri feodallara, alıb satdıqları oyunçular isə onların vassallarına çevrilirdilər.

(I Fəsil)
(II Fəsil)


oxunma sayı: 1715 | Paylaş:




?>