AZƏRBAYCAN FUTBOLUNDA "ƏRİDİLƏN PULLAR"... (II yazı)
Paylaş:
FutbolPress: Azərbaycanda həm «balanslaşdırılmış bürokratiya», həm də klan avtoritarizmi bütün motivləriylə «şifrələnsə» də, bu «private code»ni açmağa maraqlı olanlar da az deyil. Bu, sadə vətəndaş, oxucu üçün pafoslu fikir kimi anlaşıla bilər, ancaq həqiqətən mənimsəyənlər və mənimsənilənlər tam bir affekt entuziyazmında bir-biriylə savaşdadılar. Onlar- hər iki tərəf yuxarılardır, ancaq irəli getmək istəyən affektlərin təkcə bir dividenti var, o da «ətalətə» tabe olmamaq. Yəni pillələri yuxarı qalxdıqca ambisiyalar da böyüyür, güc də, klanlıq iddiası da... Bu sixolastik silsiləni yarıda qoymaq ən qəbulolunmaz variantdır. Deməli, irəli gedən varsa, mütləq sən onun addımlarının sayı qədər geriyə yuvarlanacaqsan. Yox, əgər irəli açılan yolda sənsənsə, mütləq qaydada sixolastikanı pozmamaq üçün hər atılan addımında rəqibini «qüvvə mərkəzindən» bir o qədər uzaqlaşdırmalısan. Məqsəd mövzunu onun ruhuna uyğun açmaqdır. Sadəcə, affektləri «deşifrə» etmək üçün alternativ «şifrədən» istifadə etmək mütləqdir. Beləliklə, biz aydınlaşdırmağa çalışdıq ki, dövlətin idmana qayğısı, idmanda baş verənlərin bu iddia ilə təzad təşkil edən tərəflərini bir-birinə mütənasib şəkildə uzlaşdıraq və məntiqi nəticəni bildirək. Məqsəd isə təkdir: İdmanın «şah»ı olan futbolun xurcununa axıdılan böyük məbləğlərdə nə qədər məntiqə uyğunluq var. Nəticəni bildirəcəyik, ancaq unutmayın ki, «qulağınıza pıçıldayacağımız» deşifrə etdiyimiz informasiyalar hələ olanların bir zərrəsidir. Deşifrə etdiyimiz zərrələrin nüvəsi isə... onların da axtarışındayıq. AFFA-nın ssenariləşdirilmiş «kreativlik» obrazı Bu, müstəqil qurumdur- bir QHT fomatında. Dividentsiz fəaliyyət kriteriyaları müəyyənləşdirilsə də, arzuolunan görüntü yaratmağa nail olmaq heç bir «haker»ə də nəsib olmur. AFFA sanki bir ssenari üzrə kreativləşib. Yəni ona rəhbərliyi heç kəs öz iradəsiylə, hətta heç istəyiylə də etmir. Bəli, doğru anladız, rəhbər olan şəxs öz xoşuyla o postda əyləşmir. Amma 15 yaşlı qurumda indiyədək bu deffekti hiss etməyib. Biz yuxarıda affektlərin savaşı məqamına əbəs yerə toxunmadıq. Deməli, hər şeyi çılpaqlığıyla elan edək. Belə ki, uzun illər bu müstəqil quruma rəhbərlik edən Fuad Musayev bəlkə də indiyədək mövcud şərait qarşılığında Azərbaycan futbolu üçün ən təşəbbüskar və faydalı «kart» idi. Amma mətbuatda Musayev bir obraz kimi həmişə mənfi çalarlarıyla əks olunurdu. ...Hər şey tam ifadəsiylə əksinə çönəcək- futbolun qumara çevrilməsiylə. Baş rolda Bukmeyker! Bəli, bukmeyker vətəndaş, sakin üçün sadəcə bir «mədəni qumar kontoru» deməkdir. Amma onu, o ideyanı fikirləşən, icad edən beyinlər mənfi xarakterli ixtar etsələr də, ən yüksək mükafata layiqdir. Bu, demək olar ki, dünya futbolunun simasını dəyişdi: səhnəarxası reallıq «səhnədəkini» öz yerinə göndərdi (oxu- affektlərin entuziyazmı) Heç hiss eləmirsiz, futbolun əvvəlki tək fanatı (!) yoxdu. Bizdə bu hələ bir neçə ildən sonra bəlkə dərk oluna, amma hələ 3-4 ildən əvvəl Avropada bukmeyker prosesi furbolun fanatını «dəfn» edib, onun oxşarını- «stavka» həvəskarı obrazını yaratdı. İndi hansısa oyuna pul qoyuluşu edən, həyəcanlanır.. alqışlayır.. üzülür.. sevinir.. hər şey fanat obrazında olduğu kimidir, deyilmi? Bircə fərq ondadır ki, ikincinin mənəviyyatı meydandakı oyuna heç bir müsbət enerji vermir, o, nəticəni gözləyir: bu gün bu oyuna qoyduğum məbləği «batırmışam», ya əmsalın məbləğini qazanmışam... Bax, beləcə futbolun siması tam dəyişdirildi. Strategiyanın bir məqsədi var idi, «vəhşi kapitalizmin» caynağında yem olmamaq, əksinə, onu yaralamaq. Məhz bu «şifrəli fəlsəfəni» duydu Avropa fanatı. «Yuventus»un İtaliya 3-ci liqasına göndəriliməsi uzaq keçmişdə olmayıb, onu hadisəni dediklərimizin prototipi kimi qəbul edin və uzlaşdırın, hər şey aydın olacaq. Beləliklə, «hakerlərin» bukmeyker strategiyası zəfər çaldı və onlar dünya da ən kreativ (pisin yaxşı kimi təqdim olunması) «çirkin pullar» qazanan bir qüvvəyə çevrildilər. Görürsüz, hər şey necə labirint şəkildə bir-birinə bağlıdır..? Labirintə giriş də, oradan çıxış da AFFA-dadır. Orada bir neçə işçi var: hakimlikdə, uşaq məşqçiliyində və administrasiyada. Ad açıqlamaq istəmirik, çünki bizim qurduğumuz tamaşanın marağı itər. Həm də adların açıqlanması məqamına çatmamışıq. Pullar mənimsənilmir, MƏNİMSƏNİLİR! AFFA-da pulları kimlər və necə mənimsəyir? Yox, əvvəlcə gəlin müəyyənləşdirək ki, AFFA-ya pullar hardan gəlir, sonra... İndiki rəhbər mətbəxdən xəbərsizdir. Baş aşbazlar, Elxan Məmmədov, Elşad Nəsirov və onların əlaltıları quruma gələn məbləği öz məqsədlərinə uyğun aralarında bölüşdürdükdən və ehtiyaclarını tam ödədikdən sonra yerdə qalan dəbbə pulunu mənimsəmirlər... «Balıq başdan iylənir» məsəlinin alternativi «...Quyruqdan təmizlənir» cavabı olsa da, paradoks burasındadır ki, balıq bütün vücuduyla - quyruğu da, başı da «ixtiyar sahibləri»nin əlindədir. Klublar: Sapı özlərindən olan "baltalar" Bəs görək, ssenarinin digər iştirakçıları, klublarda kim nə işlə məşğuldu? Bəli, anlayırlar ki, Azərbaycanda tapşırılan işi yerinə yetirərkən, mütləq halda görüntü olmalıdı, işin mahiyyətində "inkişaf" adlı nəsə olmalıdı. Amma "Simurq" idarə etdikləri kimi mətbuatı da idarə etməyi planlarının "A bəndinə" daxil ediblər. Əgər ölkədə futbolun inkişafını görmək istəyən və bununçün qərarlar qəbul edən kəslər səmimi olduqlarını sübut etmək istəyirlərsə, buyursunlar, "Simurq" nümunəsində, bəzi klubların "muzdlu" mətbu orqanlara malik olduğunu ifşa etsinlər və bu rəzilliyə bir əncam çəksinlər. Teymur TALIBOV // FutbolPress.Az
Burda bir sistemsizlik var, onu «tutmaq» üçün maksimum hər frazaya diqqət yetirin. Musayevli dövr əlifbanın öyrənilməsi erası sayıla bilər. Daha doğrusu, hələ heç öyrənilmirdi də. Onun vaxtında AFFA yalnız beynəlxalq ali futbol qurumlarının qrantları hesabına və qismən də cüzi texniki gəlirləriylə ayaq üstə dururdu.
Mövzudan çox uzaqlaşmamış qayıdaq, hadisələri həyatımıza təsir edəcək qədər yaxınlıqda olan Azərbaycan futboluna. Amma Musayevisiz eraya- demişdik, o əlifba idi. Günlərin birində Azərbaycanda da «hakerlər» peyda oldu. Onlar azəri variantı bir bukmeyker oyunu fikirləşdilər. Həmin «hakerlər» indi də AFFA-nın daxilindədilər. Amma sıravi fəaliyyətlə məşğuldular. Onların qurduğu ssenari demək olar ki, tez bir zamanda «tamaşaya» qoyuldu. Belə ki, planın əsas qayəsi ölkə iqtisadiyyatı üzərində olan monopolistlərin futbola cəlb olunması yollarını müəyyənləşdirmək idi. Alındı! Prezidentin «2005-2015-ci illərdə Futbolun inkişafına dair Dövlət Proqramı» qəbul olundu. Həmin «hakerlərin» şifrələnmiş siması o proqramın müddəalarında öz əksini tapıb. Diqqətlə baxın, o simaları görəcəksiz...
Proqramda futbol klublarını himayə edən iş adamlarının bir çox güzəştləri əldə edəcəyi vurğulanıb. Bax, bununla da çirkli pullar qazananların meydanı açıldı. Tezliklə bir neçə klub sponsorlaşdı. Onların arasında cəmi bir-ikisi bu təşəbbüsdə səmimi idilər ki, onlar da çirkli pullar qazananların sırasında deyillər. Beləliklə, tamaşa hazırdır. Biz hər gün o tamaşanı izləyirik. Ssenari müəllifləri isə AFFA-da özünə "him" qurub. Hər şey oradan idarə olunur. Uşaq futbolu, regional futbol federasiyaları, qadın, əlil, hətta çimərlik futbolu kimi «səhnələr» daha çox gəlir gətirir... Hər bir sahə müəyyən bir çirkli pul qazananın əlindədir.
Yuxarıda qeyd etdiyimiz kimi, prezidentin qəbul etdiyi inkişaf proqramından sonra birbaşa Dövlət Neft Şirkətinin balansından külli miqdarda məbləğ bu quruma ayrıldı. Çünki son rəhbərlik dəyişikliyində ölkə başçısının təşəbbüsü var idi və yeni gələnin ən azı maddi cəhətdən şikayəti olmamalı idi ki, yerdən bu haqda atmacalar atanları susdurmaq mümkün olsun. Sadə mexanizmdi. Axı digər idman növləri dövlətin adına yalnız tərif gətirir. Futbol hər iş korlayırdı. Mətbuat eninə-bozuna tənqidlər yazır ki, bunu da xarici ölkələrdən görürdülər. Bu problemi həll etmək üçün ən müfəssəl yol peşəkar formada iş görüb, inkişafı onillərlə gözləmək yox, ətrafdan atılan tənqid, ifşaedici «oxların» ucunu pulla «kütləşdirmək». İndi alınır. Həmin oxlar təsirsiz silaha çevrilib. Bu, AFFA-nın «uğurudur»...
«İnter» klubu Benyəlxalq Bankın himayəsiylə fəaliyyət göstərir. Biz kluba illik nə qədər pul ayrıldığını «deşifrə» etmişik. Yayılan məlumatlarda bu, 15-20 milyon manat civarında göstərilsə də, «mətbəxin» içindən bizə ötürülən məlumatda bunun təxminən 6 milyon manat olduğu bildirildi. Bu, o deməkdir ki, ən azı 10 milyon manat bankın özü dövlətə «nömrə» gəlib, özünə «xırıt» edir (Axı bildirmişdik, əslində, dövlət sponsorlara vergi güzəştləri nəzərdə tutmuşdu). Hələ o 6 milyonun özü də bütünlüklə klubdaxili işlərə xərclənmir. «İnter»də olan qüvvələr, hansı ki bura nə administrasiya, nə də baş məşqçi daxildi- həmin məbləği uşaq futbolunun inkişafına yatırım adı ilə maxinasiya qurbanı etdikdən sonra yerdə qalanı aidiyyatı işə sərf edirlər.
«Xəzər-Lənkəran»da isə vəziyyət bumeranq formasındadı. Orada ən müasir üsullarla islahatlar aparılsa belə, yenə klubda mənsimovlar ailəsinin "mehriban düşmənləri" mehribancasına "ildırımsürətli yeyinti" prosesini davam etdirəcəklər. Mübariz Mənsimovun varidatını dağıdıb, təhlükə anı yaxınlaşanda günahı atırlar məşqçinin, futbolçunun və vitse-prezidentin boynuna. Bu, hələ əvvəlcədən yazılmış ssenaridən məqamlardı...
Növbəti "dayanacaq" "Parabank"ın himayə etdiyi bildirilən "Simurq"du. Klubun rəhbərliyi Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Haciyevlə yaxın münasibətləri sıx işbirliyi səviyyəsindədi. Klublardan biri çempionatda şansları dəyərləndirdisə, digəri ona "yol açır". Ən azı "əkiz qardaşa" bilərəkdən məğlub olub 3 xal hədiyyəsi etməyə- sıx işbirliyinin ən bariz nümunəsi... "Simurq"un rəhbərliyi daha səliqəli davranışıyla intellektual təsir bağışlayır- "xətaya yol vermək olmaz".
Bəli, "Bakı", "Qarabağ", "Xəzər-Lənkəran" qismində idman mətbuatına sadəcə, dəstək olmaq məqsədiylə reklam ödənişi edən klublar var, bu əməldə mütərəqqi fikir axtarmaq olar, amma "Simurq" "üzdən bəzək" görsənməyə çalışdıqca, "içindəki təzək" daha tez büruzə verir özünü. "İnter", "Muğan", "Standard" klublarında ya birbaşa rəhbərliyin, yaxud hansısa klubdaxili qüvvələrin təşəbbüsüylə iradəsiz, qeyri-peşəkar idman yazarları və ya KİV-i satın alınır, onlardan alət kimi istifadə olunur. Burda isə yalnız bir məqsəd var: çapıb-talanan vəsaitin ifşa olunmaması. Mətbuat susdurulsa, bu onların qələbəsidi. Onlar qələbəni xərclənən pulların inkişafa, perspektivə yönəldilməsinə meylli deyillər. Çünki sovrulan pullar xərclənəndə buna görə narahatlıq hissi yaşamırlar- səbəb isə bəllidi- bu pullar leqal yoolarla qazanılmır, yaxu da dövlətin vəsaiti "qarşılıqlı anlaşma" şəraitində məhv edilir.
| Paylaş: