')

Bu gün:


FutbolPress.Az | F-1 YARIŞLARINDA FİASKO

F-1 YARIŞLARINDA FİASKO


oxunma sayı: 667 Paylaş:

FutbolPress: Yay Olimpiya Oyunlarından sonra ən çox izlənilən yarış sayılan "Formula 1"də üzrə Dünya çempionatına qatılmaqdan imtina edən iştirakçıların sayı durmadan artır. "Toyota" və BMW-nin ardından "Reno" da "Formula 1" ailəsindən çəkilmək fikrinə düşüb. "Reno" rəsmiləri konkret qərarlarını yaxın günlərdə keçiriləcək iclasdan sonra rəsmən açıqlayacaqlar.

Mütəxəssislər maddi imkanı elə də pis olmayan "Reno"nun bu qərarına birmənalı qarşılamayıblar. İctimaiyyətin fikirincə, "Reno"nun bu addımı əvvəlcədən planlaşdırılıb. "Reno" bu yolla FİA tərəfindən ömürlük cəzalandırılan prezidentinin acığını çıxmaq niyyətindədir.

Qeyd edək ki, "Formula 1" üzrə cari Dünya çempionatı artıq yekunlaşıb. Növbəti mundialın gələn ilin ortalarında başlamasını nəzərə alsaq, FİA-nın yeni namizədlərin imkanlarını müzakirə etmək üçün kifayət qədər vaxtı var. Məlumata görə, FİA artıq "yeni nəfəslər" barədə özü üçün qərar çıxarıb.

 


oxunma sayı: 667 | Paylaş:




?>