')

Bu gün:


FutbolPress.Az | FOQTSLA MÜQAVİLƏ DAHA 2 İLLİK UZADILDI

FOQTSLA MÜQAVİLƏ DAHA 2 İLLİK UZADILDI


oxunma sayı: 522 Paylaş:

FutbolPress: AFFA və foqtsçular istəklərinə, məqsədlərinə nail olublar. Federasiyanin rəsmi saytında verilən məlumata görə, Rövnəq Abdullayev Foqtsun milli komandamızda 2 illik fəaliyyəti barədə hesabatı və qarşıdakı kolleqium-planının dinlədikdən sonra onunla müqavilənin daha 2 illik uzadılmasına tapşırıq verib.

Ancaq görünür, bu tapşırıq necə qəti olubsa, AFFA rəsmiləri hövlnak düşüblər, işin qayda-qanunu da unudublar. Belə ki, feredasiyanın və İcraiyyə Komitəsinin nizamnamələrində qarşılıqlı olaraq yığma komandaya məşqçinin təyini və təsdiqi bir növ, İK-nin müzakirəsindən sonra təsdiqlınməlidi.

Amma federasiyada İK-nın müzakirəsi olmadan Foqts yığmaya daha 2 illik baş məşqçilik edəcək.
Futbol ictimaiyyətin, Azərbaycanın futbol ziyalılarının əksəri Foqtsun baş məşqçi kimi qalmasının faydasının olmayacağını deyir. Amma sadəcə, deyirlər, öz aralarında... Bu acı reallığa etiraz edən yoxdu- qorxaqdılar.

Təəssüf ki, adını açıqlamaq istəmədiyimiz bir neçə məşqçi Foqtsun burda qalmasının faciə olduğunu bildirsə də, bunu yazmamağı xahiş etdilər, yalvardılar.. Təəssüf...

 


oxunma sayı: 522 | Paylaş:




?>