"FIRTINA" ETİRAZINI BİLDİRDİ
Paylaş:
FutbolPress: "Böyük oyun" ətrafında qalmaqallar səngimək bilmir. Bu dəfə "Fırtına" fan-klubu etirazını açıq şəkildə bildirməli olub. Belə ki, "Xəzər Lənkəran" azarkeşləri oyundan əvvəl stadionun mühafizəsini təmin edən polis əməkdaşlarının təzyiqinə məruz qalıb. Məsələ bundadı ki, oyundan əvvəl hər iki klubun fan-klubları, "Fırtına" və "Flaqman" arasında virtual savaş başlamışdı. Hələ oyundan əvvəl yaranan qarşılıqlı ittihamlar ev sahibi komandanın rəhbərliyinin azarkeşlərə qarşı daha diqqətli davranmağa sövq etmişdi. Amma oyundan sonra "Fırtına"nın rəsmi saytında dərc olunan bəyanatdan aydınlaşır ki, ehtiyat tədbirləri bəzi hallarda azarkeşlərə qarşı kobudluğa da çevrilib. Ümumiyyətlə, saytda dərc olunan yazıda bir çox ünvanlara sərt münasibət açıqlanır, fan-klubun narazı olduğu məsələlər açıq şəkildə bildirilib. 1. "AzTV". Oyunları yayımlama hüququnu sadəcə gəlir mənbəyi olaraq seçən bu kanalı şiddətlə pisləyirik. 2. "Stadion rəhbərliyi". Başda azarkeş mədəniyətindən zərrə qədər anlamayan, azarkeşləri sadəcə bilet, forma, atribut kimi vasitələri satın alan gəlir mənbəyi kimi düşünən Höccət olmaqla bütün stadion rəhbərliyini və azarkeşlərə her cür kobudluğu etməyə hazır mühafizəçilərini şiddətlə pisləyirik. 3. "Flaqman". Özünə xalqın komandası deyib bu ada layiq olmayan klubun "Fuck Off" pankartını açan tüfeyli azarkeşlərini şiddətlə pisləyirik. 4. "Media". Klublardan və federasiyadan piar, reklam kimi qazanc mənbəyi xatirinə susan, bu ləkələri gözardı edən media mənsublarını şiddətlə pisləyirik. 5. "Polislər". Azarkeş dəstəyindən anlamayan səsiylə klubuna dəstək olan azarkeşi susdurmağı özünə vəzifə bilən və fan klubumuzun üzvlərini kimlərinsə tapşırığı ilə iki video kamerayla durmadan çəkən Lənkəran polisini şiddətlə pisləyirik. 6. "PFL". Futbolda azarkeş marağının və azarkeşlər arasındakı rəqabətin önəmini daim vurğulayan federasiya mənsublarını bu əksikliklərə göz yumduqları üçün şiddətlə pisləyirik. 7. "Klub rəhbərliyi". Məşqçiləri, oyuncuları, işçiləri qovub təkrar geri gətirərək azarkeşlərin səbrini tarıma çəkən klub rəhbərliyinin keyfi davranışlarını şiddətlə pisləyirik. 8. "Məşqçilər korpusu". Başda Ağa olmaqla klubu eksperiment məkanına çevirən, transfer pəncərəsini "səbrsizliklə" gözləyən məşqçilər korpusunu şiddətlə pisləyirik.
| Paylaş: