RAMİN MUSAYEV TƏKZİB ETDİ, XAQANİ MƏMMƏDOV İSƏ...
Paylaş:
FutbolPress: "Premyer Liqanının X turu daha bir hakimin "qara zolağ"a düşməsi ilə nəticələnib. "Bakı" - "Karvan" oyununu idarə edən Azad Mütəllimov Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun qəzəbinə tuş gəlib. Bu xəbər fanat.az saytında dərc edildikdən sonra məsələylə bağlı Xaqani Məmmədovun fikrini öyrənməyə çalışdıq. Məmmədovun konkret nədən şikayətçi olduğu və "Növbəti hakim peşəsindən uzaqlaşdırılsa, onun əvəzinə yeni kadrlar yetişdirilibmi" sualına aydınlıq gətirməli olacaqdı. Amma ondan məsələyə münasibət öyrənmək cəhdlərimiz alınmadı. Yenə mətbuat ciddiyə alınmır... Daha sonra xəbəri dəqiqləşdirmək üçün Ramin Musayevlə əlaqə saxldıq. Musayevin fikirlərini sizə təqdim edirik: "Mən özüm həmin oyuna baxmışam. Hakimlikdə səhv görmədim. Əgər Xaqani Məmmədov Azad Mütəllimovu cəzalandıracaqsa, mənə niyə zəng etsin ki?! Onun öz işidi, özü bilər. Məndə belə məlumat yoxdu". Beləliklə, ayırd etmək olur ki, yayılan xəbərin detalları yenə gizlədilir. Amma nəvaxtadək? Xaqani Məmmədov son olaylarda ümumiyyətlə, mətbuata deyiləsi sözü yoxmuş kimi davranır. Babək Quliyev onun ünvanına sərt tənqidlər səsləndirir, mətbuat Məmmədovun qeyri-peşəkar, qərəzli qərarlar verdiyini yazır, amma bu fikirlərə aydınlıq gətirmək sanki Hakimlər Komitəsi sədrinin marağında deyil. Bəlkə, bu barədə AFFA-nın səlahiyyətliləri lazımi ölçü götürsün..? HK sədrinə açıqlama verməsini vəzifə borcu olduğunu bir daha xatırladırıq...
Belə ki, "Bakı" - "Karvan" oyununu canlı izləyən Xaqani Məmmədov Mütəllimovun səhvlərinə şahidlik etdikdən sonra PFL-in prezidentinə zəng edərək, narazılığını bildirib. Məmmədov Ramin Musayevə Azad bəyin idarəçiliyindən şübhələndiyini bildirərək, onunla bağlı tədbir görəcəyini deyib. Mütəllimovun bu olaydan sonra Babək Quliyev və Anar Niyazovun aqibətini yaşayacağı gözlənilir".
| Paylaş: