')

Bu gün:


FutbolPress.Az | VAHİD NƏZƏROVU SIXIŞDIRIRLAR

VAHİD NƏZƏROVU SIXIŞDIRIRLAR


oxunma sayı: 752 Paylaş:

FutbolPress: Ağır atletika yığma komandamızın baş məşqçisi postundan gənclər yığmasına göndərilən Vahid Nəzərov bu postda da sıxışdırılır. Bunun səbəbi də müəyyən qədər məlumdu.

Belə ki, bu yaxınlarda Azərbaycan yığması Avropa çempionatına qatılmadığından Nəzərovla Azərbaycan Gənclər və İdman nazirliyi arasında böyük qalmaqal yaşanmışdı. Həm də Nəzərov federasiyanın peşəkar olmamasıyla bağlı bir neçə dəfə mətbuat vasitəsiylə açıqlamalar edib.

Nəzərov baş məşqçiliklə yanaşı, həm də beynəlxalq dərəcəli hakim funksiyasını yerinə yetirir. O, noyabrın ortalarında keçiriləcək dünya çempionatında ədaləti qoruyacaq.
Xatırladaq ki, Nizami Paşayev məhz Nəzərovun dönəmində Dünya çempionu olub. Onun başçılıq etdiyi komanda olimpiya oyunlarında daim zəif təsir bağışlayıb.

 


oxunma sayı: 752 | Paylaş:




?>