')

Bu gün:


FutbolPress.Az | Üç səhv, bir qər əz

Üç səhv, bir qərəz


oxunma sayı: 1013 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com

"Hakim səhvi başqa şeydi, hakim qərəzi başqa şey. Hakim səhvlərini qərəz kimi qiymətləndirmək düzgün deyil".

Bu açıqlamanın müəllifi kim olar, sizcə?

Təbii ki, PFL prezidenti Ramin Musayev. Eyni cümlənin vergülünü belə dəyişmədən min il dalbadal deyən kəs yalnız Musayev ola bilər...

Dünya dəyişildi, inkişaf etdik, Premyer Liqa(mız) çiçəkləndi, gücləndi, hər şeyi oldu bir sözlə, ancaq Musayevin bu fikri heç dəyişilmədi. Deməli, sadə məntiqə gəlib çıxdıq: problem nədisə, Musayevdə və onun PFLindədi. Əgər çempionatın inkişaf etdiyini deyirsə, deməli, onun bu cümləsi də dəyişilməli, inkişafa uyğun olmalıydı. Ancaq gördüyümüz kimi, cümlə yerindən tərpənməyib. Deməli, nə olub? Çempionatın inkişaf etməsi fikri yalandı!

Bəs çıxış yolu? (Bu "çıxış yolu" ifadəsi hər hansı Azərbaycan futbolu mövzusunda işlənəndə "ayaq yolu" söhbətinə dönür getdikcə).

Çıxış yolu odu ki, Musayevə təklifimiz var: Gəlin, birləşək, Azərbaycan futbolu naminə, bir icad edək. Hansı hakim üç səhv elədisə, onu qərəz sayaq. Bir sözlə, "Üç səhv, bir qərəz" kampaniyasına start verilsin! (Üç badam, bir qoz misalı...)Dəlixana...

Deyə bilərsiz ki, hakim səhvləriylə bağlı əlimizdə fakt yoxdu. Bizə fakt təqdim olunmayıb və s.. Həzarat! Fakt nəyə deyirsiz? Təkcə "Böyük oyun"larda hakimlərin üst-başını "batırması" ilə əlaqəli nə qədər dəlillər, nümunələr vermişik! Yazılar, təhlillər... Bunlar fakt-dəlil deyil? Gərək istintaq materialı kimi aktlaşdırıb, "cinayət işi" açıb, sənəd şəklində təqdim edək AFFA-ya?

Fakt sözündən son vaxtlar yaman sürəkli istifadə etməyə başlamısız, cənab Musayev. Babək Quliyevi hansı faktla hakimlikdən qovduz? Fakt var? Sualıma cavab tapana qədər sizə bir-iki şeyi də ərz edim.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov efirə çıxır. Efirdə hakimlərin buraxdığı "xoruzların banlartısından" qopan hay-küyü nə qədər çalışsa da boğa bilmir, çox biabırçı vəziyyətə düşür, özü "xoruz" buraxmağa başlayır, sizsə FAKT... SƏHV-QƏRƏZ davası aparırsız. Əqrəbləri əksinə hərəkətə başlayan "Futbol saatı"na isə necə "qulaqburması" verilibsə, Ürfan Məmmədli kimi futboldan heç nə dərk etməyən birini efirə çıxarıb, tamaşaçının əsəblərini pozurlar, sizsə idman mətbuatında tənqid yazan bir-iki portalı da radikallıqda günahkar bilirsiz.

P.S. Əgər medianı Ürfan, hakimliyi isə Xaqani kimi öz sözünü deyə bilməyən, azad olmayan şəxslər təmsil edirsə, onların ardınca yetişən gəncliyin aqibəti necə olacaq? Səmimi olun, bu reallığın üzünə heç olmasa dik baxın, ardınızca hansı nəsli yetişdirib gedəcəksiz?

Yazarın bütün yazıları

oxunma sayı: 1013 | Paylaş:




?>