ŞOK! "TORBA TİKİB, EV YIXANDAN KİŞİ OLMAZ!"
Paylaş:
FutbolPress: "Qarabağ" rəhbərliyilə separat telefon danışı iddiasıyla hakimlikdən kənarlaşdırılan FİFA dərəcəli, perspektivli hakim Babək Quliyev ona qarşı haqsızlıq edildiyini dəfələrlə bildirib. Onu peşəsindən uzaqlaşıdranların əlində heç bir fakt olmadığını, sadəcə, şəxsi ambisiyaların qurbanı olduğunu deyən Quliyev ultrasport.az saytına müsahibəsində hakimlikdən uzaqlaşdırılmasında səbəbkar hesab etdiyi şəxslərə, konkret olaraq, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun ünvanına sərt açıqlamalar edib. - Ramin Musayev deyir ki, jurnalistləri həqiqətən də təhdid edirlərsə, mənə fakt göstərin, kişi kimi söz verirəm ki, onları cəzalandıracam.
Xatırladaq ki, Quliyev hakimlikdən uzaqlaşdırılmasına etiraz olaraq məhkəməyə müraciət edib, proses hələ davam edir.
- Bəli, olub belə söhbət...
- Mən deyirəm ki, torba tikib, ev yıxandan kişi olmaz. Şəxsən mənim işimdə bu göründü. O, mart ayının 10-da dedi ki, Rövnəq müəllim Abdullayev məni yanına çağırıb, kaseti qoyub, deyib ki, buna bax, gör sənin hakimlərin nə işlə məşğuldular...
- Kim kimə dedi?
- Guya Rövnəq Abdullayev Ramin Musayevə deyib.
- Aha...
- Hə, and-aman elədi ki, belə də olub. Guya Rövnəq müəllim deyib ki, bunların ikisini də basın "içəri", Ramin Musayev razılaşmayıb. Mənə dediyinə görə, Rövnəq müəllim Abdullayevə deyib ki, mən, yəni Ramin Musayev də, hə, mən məhbəs həyatı yaşamışam və bunun necə ağır iş olduğunu bilirəm, gəl içəri atdırmayaq, sadəcə, futboldan uzaqlaşdıraq. Mən deyəndə ki, Ramin müəllim, kaset varmı, o qayıtdı ki, Allaha and olsun-filan, hər şeyə and içdi ki, bəs var. Ayın 11-də də mətbuata deyib ki, məndə kaset də, dəlil də var. İndi mən deyirəm ki, Ramin Musayev, bu məsələnin üstündən səkkiz ay keçib və sən kişi kimi demişdin ki, dəlil var, amma hələ də nə dəlil görmüşük, nə sübut. Sizin Ramin Musayeviniz artıq bir dəfə kişi kimi söz verib, amma yerinə yetirməyib. Həmin söhbət ayın 10-da olmuşdu da. Üstündən cəmi 72 saat keçəndən sonra mən onun otağında olanda qayıtdı ki, kaset-zad yoxdu, sadəcə, Əmrah Çəlikəl mənim yanımda zəng elədi sənə və mən bunu mütləq Rövnəq müəllimə çatdırmalıydım. Digər yandan, Ramin Musayev kişidirsə və əgər fakt varsa, niyə Babək Quliyevi hakimlikdən kənarlaşdırdı, amma Əmrah Çəlikəl hələ də futboldadı?
- Əmrah Çəlikəl?
- Bəli Əmrah Çəlikəl. PFL-in Ramin Musayevin və şəxsən Rövnəq Abdullayevin imzaladığı əsasnaməsinin 58-cu maddəsində deyilir ki, AFFA və PFL əməkdaşlarına və ya oyunun rəsmi şəxslərinə rüşvət təklif edən, söz verən və ya təqdim edən rəsmi şəxslərə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilir və klub 40 min manat cərimə olunur. Rəsmi sənəddi e, Rövnəq Abdullayevlə Ramin Musayev qol çəkib. Əgər mən həqiqətən klub rəsmisiylə danışığa getmişəmsə, niyə Əmrah Çəlikəl hələ də futboldadı? Ramin Musayevin «Xəzər TV»də bir açıqlamasına baxmışam, deyir ki, siz mənə hakimlərin rüşvət alması barədə fakt göstərin mən sizə 10 min manat mükafat verərəm. Ramin Musayev, sən məni uzaqlaşdıranda fakt göstərdin? Faktın var idi? Varsa, niyə çıxarmırsan ortaya? Kişi ağzından çıxan sözün yiyəsi olmalıdı. O deyib ki, məndə fakt var, indi o faktı çıxarsın ortaya. Demir kişiyəm? Faktı çıxarsın. Əgər çıxarmasa, mənim onun kişiliyinə böyük şübhəm olacaq.
- Bayaq belə bir şey dedin, guya Ramin Musayev Rövnəq Abdullayevə məhbəs həyatı yaşadığını və bunun necə ağır iş olduğunu deyib...
- Bəli məndə bu barədə məlumat var...
- Çox üzr istəyirəm, sözünü satdığın balla kəsim, o sənə özü deyib ki, mən Rövnəq Abdullayevə belə dedim?
- Bəli, özü mənə belə dedi. Mən özümdən heç nə demirəm.
- İddia eləyirsən ki, Ramin Musayev həbsdə olduğunu etiraf edib?
- İddia eləmirəm e, özü mənə elə deyib.
- Bilmirsən, nə üstündə?
- Mən bu barədə geniş danışmaq istəmirəm, amma əmin olun ki, o şey üstündə məhbəsdə olmaq da kişilikdən deyil. Kişi a! Çörək verən insanlar ayrıdı, ev yıxıb torba tikən insanlar ayrı. Mən Ramin Musayevi ev yıxıb torba tikən insanlara aid eləyirəm. Çıxıb kişi kimi söz verirəm deməsin! Kişi dediyi sözə əməl eləməlidi. Səkkiz aydı əməl edə bilmir.
- Babək, bir məsələ barədə danışmaq istəyirəm, o paparatsilər hakimi pul alan yerdə şəklini çəkmişdilər ha, Çexiyada olmuşdu o?..
- Polşada, Polşada...
- Amma onu cəzalandırmadılar. Niyə?
- O, birinci qrupun hakimidi. Baxmayaraq ki, pul alan yerdə yaxalamışdılar, Polşa Futbol Federasiyasının prezidenti onu cəzalandırmamışdı ki, bu hakim UEFA-da, beynəlxalq aləmdə ölkəmizin adını təmsil edir...
- Sözümün canı budur ki, sənə də, lap tutaq ki, klubla danışığa getmiş olsaydın belə, eyni güzəşti eləmək olmazdı?
- Yox e, nə güzəşt?! Xaqani Məmmədov həmin an öz kreslosundan başqa heç nə düşünmürdü. O Xaqani Məmmədov ki kupeləri gəzib, klub rəsmisiylə yeyib-içib, sonra da bunu etiraf edib. Odur, sizin saytda var da. Belə bir adam indi Hakimlər Komitəsinə rəhbərlik edir. Klub rəsmisiylə kupeləri gəzib, indi də komitə sədridi. Məni isə nömrəsini belə tanımadığım klub rəsmisinin telefonunu qaldırdığıma görə cəzalandırıblar. Gülməli di e...
| Paylaş: