')

Bu gün:


FutbolPress.Az | RAMİZ MƏMMƏDOVUN SUPERLİQADA İLK HEÇ-HEÇƏSİ

RAMİZ MƏMMƏDOVUN SUPERLİQADA İLK HEÇ-HEÇƏSİ


oxunma sayı: 207 Paylaş:

Bu gün Qazaxıstan Superliqasında III turun oyunlarına start verilib. Turun açılış matçında azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı "Atırau" səfərdə "Vostok"un qonağı olub. Məmmədovun komandası çempionatın ilk turunda "Aktobe"yə məğlub olsa da, ikinci görüşündə "Şaxtyor" üzərində qələbə qazanmışdı. Bu dəfəki oyunda isə "Atırau" meydanı heç-heçə ilə tərk edib. İlk hissədən sonra artıq qapısında 2 top görən Məmmədovun yetirmələri Oqbonnanın dublu sayəsində oyuna tarazlıq gətirib. Beləliklə, Ramiz Məmmədovun başçılıq etdiyi "Atırau" "Vostok"la görüşdən "sülhlə" ayrılıb.


oxunma sayı: 207 | Paylaş:




?>