RAUL DAHA 2 İL "ŞAXTAÇI" OLACAQ
Paylaş:
"Şalke"nin hücumçusu Raul Qonzales daha 2 il almaniya klubunun şərəfini qoruyacaq. İspaniyalı futbolçu komandası ilə müqaviləsinin müddətini 2 illiyə artırıb. 33 yaşlı forvard 2014-cü ilədək Gelzenkirxen klubunun uğurları üçün çalışacaq. İspaniya milli komandasının və Madrid "Real"ının sabiq üzvü bu mövsüm "Şalke"nin heyətində 26 oyunda iştirak edib, rəqib qapılarından 11 qol keçirib.
| Paylaş: