')

Bu gün:


FutbolPress.Az | İNGİLİS KLUBU MAYKL CEKSONA HEYKƏL QOYUR (FOTO)

İNGİLİS KLUBU MAYKL CEKSONA HEYKƏL QOYUR (FOTO)


oxunma sayı: 146 Paylaş:

"Fulhem" özünə məxsus "Kreyven Kottec" stadionunda məşhur pop ulduzu Maykl Ceksona heykəl qoyacaq. Abidənin aprel ayının 3-də açılışının olacağı gözlənilir. Həmin gün "Fulhem" İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində "Blekpul" komandası ilə görüşəcək.

"Fulhem" klubunun prezidenti Məhəmməd Əl Fayed "Assoşeyted Press" agentliyinə verdiyi müsahibəsində Maykl Ceksonun əsl əfsanə olduğunu bildirib: "O mənim dostum idi. Ceksonla bağlı yaxşı xatirələrim var. Çox təəssüf ki, o bizi tez tərk etdi" - deyə klub prezidenti vurğulayıb.

Maykl Cekson 2009-cu ilin 25 iyununda 51 yaşında vəfat edib.


oxunma sayı: 146 | Paylaş:




?>