')

Bu gün:


FutbolPress.Az | İSPANİYA RADİOSU "BARSA"DAN NİYƏ ÜZR İSTƏDİ?

İSPANİYA RADİOSU "BARSA"DAN NİYƏ ÜZR İSTƏDİ?


oxunma sayı: 235 Paylaş:

İspaniya La Liqasının 2 nəhəng klubu - "Barselona" və "Valensiya"nın dopinq qəbul etməsiylə bağlı xəbər yayan "COPE" radiosu hər iki komandadan üzr istəyib. Məsələ burasındadı ki, Xuan Antonio Alkala adlı bir jurnalistin radioya zəng edərək "Real"ın İspaniya Futbol Federasiyasına müraciət edərək dopinq testlərinin daha tez-tez və ciddi şəkildə həyata keçirilməsini tələb edəcəyini açıqlaması bütün ölkəni şoka salmışdı. "COPE" radiosu isə bu mövsüm primeroda uğurlu oyun sərgiləyən "Barselona" və "Valeniya"nın adını dopinqdə hallandırmışdı.

Bu səbəbdən hər iki klub yazılı açıqlama verərək adlarının dopinqlə hallandırılmasından narahat olduqlarını və radionu məhkəməyə verəcəklərini bildirmişdilər. Ancaq bu açıqlamadan sonra "COPE" "Barselona" və "Valensiya", o cümlədən azarkeşlərdən üzr istəyib. 


oxunma sayı: 235 | Paylaş:




?>