BÜLƏNT QORXMAZ PLANLARINDAN HALİ EDİR
Paylaş:
FutbolPress: "Bakı"nın böyük ümidlərlə komandaya gətirdiyi baş məşqçi Bülənt Qorxmaz tədricən iddialarını ortaya qoymağa başlayır. O, artıq transferlər barədə fikirlərini açıqlayıb: "Transferlər üçün indidən hazırlaşmaq lazımdır. Amma əvvəlcə gedəcək və qalacaq futbolçular müəyyənləşməlidir. Burada qalacaq oyunçu da, gedəcək oyunçu da bunu özü müəyyənləşdirəcək". Qorxmaz komndanın hansı prinsiplərlə formalaşdırılacağına da qismən aydınlıq gətirib: "Futbolçu oynadığı oyunla, həm məşqlə bizim qaydalarımıza uyğun gəlib-gəlmədiyini göstərəcək. oyunçunun stadionda oynamaması önəmli deyil. Yetər ki, bizim düşündüklərimizi gerçəkləşdirsin. Düşündüklərimizi edərsə qalacaq. Etməsə komandanı tərk edəcək. Yeni transferlər Azərbaycan futboluna xeyir verməlidir. Türkiyədən də danışıqlar apardığımız oyunçular var. Amma onların buranın şərtlərinə alışması vacibdir. Bura gəldikdə həm peşəkarlıq baxımından, həm də insanı keyfiyyətləri ilə Azərbaycan futboluna töhvə verməlidir. Hələ ki, qəti qərar verməmişik".
| Paylaş: