"QARABAĞ" VƏ "XƏZƏR LƏNKƏRAN" AZARKEŞLƏRƏ GÖRƏ ZİYANA DÜŞDÜ
Paylaş:
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının XXIII turunda baş verən olaylara hüquqi qiymət verilib: Premyer Liqanın XXIII turunun "İnter" - "Qarabağ" matçının 48-ci dəqiqəsində "Qarabağ"ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
AZAL - "Xəzər Lənkəran" matçının 73-cü və 87-ci dəqiqəsində "Xəzər Lənkəran"ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
MOİK - "Qəbələ" matçının 59-cu dəqiqəsində MOİK-in futbolçusu Ramin Tanrıverdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
"Turan" - "Gəncə" matçında "Turan"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 38-ci dəqiqəsində "Gəncə"nin futbolçusu Patrik Nukeu kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
| Paylaş: