')

Bu gün:


FutbolPress.Az | MAHİR ŞÜKÜROV "NEFTÇİ"DƏ!

MAHİR ŞÜKÜROV "NEFTÇİ"DƏ!


oxunma sayı: 162 Paylaş:

Azərbaycan yığmamısını çalışdıran Berti Foqtsun "Neftçi"nin baş məşqçisi Arif Əsədovla görüşməsi barədə xəbər vermişdik. Həmin görüşdə almaniyalı mütəxəssis bu mövsüm "Neftçi" PFK-nın rəhbərliyinin gördüyü işləri yüksək qiymətləndirmiş, heyətdə yerli futbolçulara üstünlük verilməsini alqışlamışdı.

Arif Əsədovla fikir mübadiləsi aparan almaniyalı məşqçi, flaqmanın heyətində yer alan yığma üzvlərinin son durumu ilə bağlı da maraqlanmışdı. AFFA rəhbərliyi və millinin baş məşqçisi ötən gün "Neftçi" rəhbərliyi və Arif Əsədovla bir daha əlaqə qurmağı lazım bilib. Buna səbəb, federasiya rəhbərliyinin və Berti Foqtsun Rusiyanın "Anji" klubunun futbolçusu Mahir Şükürovun "Neftçi"nin düşərgəsində məşq etməsi üçün paytaxt klubuna müraciət etməsi olub.

Daim Azərbaycan futbolunun inkişafı üçün çalışan "Neftçi" PFK-nın rəhbərliyi milli komandanın şərəfini qoruyan Mahir Şükürovun yığmanın qarşıdakı matçına daha yaxşı hazırlaşması üçün futbolçuya belə bir şərait yaradıb.

Berti Foqts Mahirin adını Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika millisi ilə səfərdəki rəsmi oyun üçün açıqladığı siyahıya daxil edib.


oxunma sayı: 162 | Paylaş:




?>