')

Bu gün:


FutbolPress.Az | FOQTS MAHİRSİZ ŞÜKÜR EDƏ BİLMİR

FOQTS MAHİRSİZ ŞÜKÜR EDƏ BİLMİR


oxunma sayı: 114 Paylaş:

Azərbaycan yığma komandasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə rəsmi oyun üçün heyəti açıqlandı. Onların arasında Rusiyanın "Anji" klubunda çıxış edən Mahir Şükürov da var. Ancaq təcrübəli yarımmüdafiəçi zədəlidi. Ona görə də, futbolçunun zədəsini sağaldacağı halda milliyə qoşulacağı açıqlanıb.

Şükürov məsələyə belə münasibət bildirib: "Həmişə milli komandada oynamaqdan fəxr etmişəm. Ötən il yığmanın bütün görüşlərində iştirak etmişəm və Belçika millisi ilə rəsmi oyunu buraxmaq istəməzdim. Belçikada meydana çıxmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. Azərbaycan "evdə" Türkiyə yığmasını məğlub etməklə Avropada zəif komanda olmadığını göstərdi".


oxunma sayı: 114 | Paylaş:




?>