İBRAHİMOVİÇİN YUMRUĞU BAHA BAŞA GƏLDİ
Paylaş:
Seriya A-nın son turunda doğma meydanda "Bari" ilə qarşılaşmada rəqib müdafiəçi Marko Rossinin qarnına yumruqla zərbə endirən "Milan"ın futbolçusu Zlatan İbrahimoviç hakim tərfindən qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Klubun rəsmi saytından verilən xəbərdə bildirilir ki, isveçli futbolçu etdiyi intizamsız hərəkətə görə 3 oyunluq diskvalifikasiya edilib. İbrahimoviç "Milan"ın "Palermo", "İnter" və "Fiorentina"ya qarşı keçirəcəyi görüşlərdə komandasına kömək edə bilməyəcək.
| Paylaş: