')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ" PARİSİ "PARTLADIR"

"NEFTÇİ" PARİSİ "PARTLADIR"


oxunma sayı: 220 Paylaş:

Dünyanın məşhur nəşrlərindən olan Fransa "L-Equipe"in nümayəndələri Bakıya gələrək, "Neftçi"yə qonaq olublar. Gələnlərin - məşhur jurnalist Sessile Bantron və fotoqraf Barbara Strobelin məqsədi son bir ildə klub rəhbərliyinin gördüyü iş sayəsində Avropada ad-san qazanan "Neftçi"ni "L-Equipe"in jurnal, qəzet və internet saytında işıqlandırmaqdı.

Xüsusilə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun Avropada ilin futbol adamı seçilməsi və flaqmanın yetirməsi Araz Abdullayevin İngiltərənin "Everton" klubuna transfer olunması "L-Equipe" nümayəndələrini Bakıya gəlməyə vadar edib. Fransanın ən məşhur nəşri "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovdan müsahibə götürəcək, klubda uşaq futbolu üçün görülən işlərdən və Araz Abdullayevin "Everton"a keçidi ilə bağlı məqalələr hazırlayacaq.

"L-Equipe"in nümayəndələri "Neftçi"nin martın 18-də keçiriləcək "Xəzər Lənkəran"la oyununu izləmək və bu qarşılaşmadan reportaj hazırlamaq üçün Lənkəran şəhərinə də gedəcəklər.


oxunma sayı: 220 | Paylaş:




?>