')

Bu gün:


FutbolPress.Az | "...ONLAR DA 2 MANATA BİLET SATMIŞDILAR"

"...ONLAR DA 2 MANATA BİLET SATMIŞDILAR"


oxunma sayı: 194 Paylaş:

"Onlar da 2 manata bilet satmışdılar"

Azərbaycan Premyer Liqasının final mərhələsinin ilk turunda qarşılaşan "İnter" - "Qarabağ" görüşününün keçirildiyi "Şəfa" stadionuna Ağdam klubunun azarkeşlərinin girişində problem yaranması haqda xəbər vermişdik. Səbəb isə meydan sahiblərinin matça girişi pullu etməsiydi. Həm də pullu giriş yalnız "Qarabağ azarkeşləri üçün nəzərdə tutulmuşdu.

"İnter"in prezidenti Georgi Nikolov məsələyə belə aydınlıq gətirib: "Əvvəlcə onu deyim ki, çempionatda ev oyunlarına bileti ancaq "İnter" satmır. Bilet satışı UEFA-nın tələblərindən, klubun inkişaf mərhələlərindən biridi. Bilet satışına elə də yüksək qiymətlər qoymuruq. Bir manat qiymətində olan bileti demək olar ki, hamı əldə edə bilər.

Son turdakı oyunda bilet satışına gəldikdə isə biz "Qarabağ" azarkeşlərinə 100 bilet ayırmışdıq. Sonra onlar bir o qədər də istədilər. Biz yenə güzəştə getdik. 200 bilet tamamilə normal kəmiyyətdi. Narazılıq isə bizdən biletsizlərə giriş təşkil etməyi tələb edənlər tərəfindən yaradılmışdı. Klubumuzun əməkdaşlarının buna heç bir aidiyyatı yoxdu.

Mən iki il qabaq Quzanlıda baş vermiş bir hadisəni yada sala bilərəm. Mənim gözlərimin qarşısında "İnter"in azarkeşlərini 50 nəfər üçün nəzərdə tutulmuş tribunaya oturtdular. Halbuki, onların sayı 200-ə yaxın idi. Yeri gəlmişkən, onlar da 2 manata bilet satmışdılar".


oxunma sayı: 194 | Paylaş:




?>