')

Bu gün:


FutbolPress.Az | ŞOK İDDİA: CİM BOMLU FUTBOLÇU BAZAYA QADIN GƏTİRİR

ŞOK İDDİA: CİM BOMLU FUTBOLÇU BAZAYA QADIN GƏTİRİR


oxunma sayı: 281 Paylaş:

Tarixinin ən uğursuz mövsümünü keçirən "Qalatasaray"da hər gün yeni bir xəbər hamını şoka salır. Bu dəfə yayılan xəbər isə rəhbərliyi bir-birinə vurub. Türkiyə mətbuatının verdiyi xəbərə görə, bir neçə il öncə klubdakı futbolçularla sıx münasibət quran "Ərəb Mehmet" bu dəfə də diqqət mərkəzinə düşüb.

Onun gecə saatlarında futbolçular üçün "Florya Mətin Oqtay Təsisləri"nə qadın gətirdiyi iddia olunur. Bu xəbərlərdə daha çox da "Qalatasaray"ın müdafiəçisi Barış Özbəkin adı hallanır. Özbəyin qadınlarla çəkdirdiyi şəkilləri görən baş məşqçi Georgi Hacı da futbolçunu komandanın 18-liyindən çıxartdığı bildirilir.

Bundan əlavə, komandanın heyətindəki ab-hava da ürəkaçan deyil. Burada daha çox klubda çıxış edən yerli və əcnəbi futbolçuların bir-birinə qarşı soyuq münasibət bəsləməsi ön plana çəkilir. Arda Turanın da son zamanlar meydana çıxmaq istəməməsi məhz bununla əlaqələndirilir. 


oxunma sayı: 281 | Paylaş:




?>