')

Bu gün:


FutbolPress.Az | "İNTER"DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR

"İNTER"DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR


oxunma sayı: 174 Paylaş:

"İnter"in Premyer Liqanın final mərhələsinin ilk turunda doğma meydanda "Qarabağ"a məğlub olması komandanın çempionluq ümidlərini azaldıb. "Bankirlər"in uğursuz çıxışı ilə liderlər qrupundan uzaqlaşması klub rəhbərliyini özündən çıxardıb. Bununla bağlı "İnter"in himayədarı, eyni zamanda Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev klubun prezidenti Georgi Nikolov və baş məşqçi Kaxaber Sxadadze ilə görüşüb.

Klub rəsmisi komandanın uğursuz gedişinə belə münasibət bildirib: "İnter"in uğursuz çıxışının səbəbi futbolçularda psixoloji boşalmanın mövcud olmasıdı. Mövsüm hələ başa çatmayıb. Çempionluq mübarizəmizi davam etdiririk. Nəzəri də olsa, şanslarımız qalır. Turnir cədvəlini üst pillələrdə tamamlamağa çalışacağıq".


oxunma sayı: 174 | Paylaş:




?>