')

Bu gün:


FutbolPress.Az | "MUĞAN" BƏHMƏN HƏSƏNOVU TƏƏCCÜBLƏNDİRDİ

"MUĞAN" BƏHMƏN HƏSƏNOVU TƏƏCCÜBLƏNDİRDİ


oxunma sayı: 224 Paylaş:

"Muğan"nın baş məşqçisi Bəhmən Həsənov bu gün keçirilən Premyer Liqanın final mərhələsinin "Simurq"la səfər oyunu haqda fikirlərini açıqlayıb. Salyan təmsilçisinin çalışdırıcısı komandasının 1:3 hesabı ilə qələbə qazanmasıyla bağlı bunları deyib: "Komandamdan belə gözəl oyun gözləmirdim. Əsas heyətin bir neçə futoblçusuna bu gün istirahət vermişdik. Gənc futbolçulara özünü göstərmək üçün şans verdik. Qalib gəldiyimiz üçün şadam. Rəqibin səhvlərindən istifadə etdik, əks-hücumda yaxşı oynadıq. "Simurq"a qarşıdakı oyunlarda uğurlar arzulayıram".

"Simurq"un makedoniyalı baş məşqçisi isə növbəti xal itkisini belə izah edib: "Bu oyunda qalib qəlmək istəyirdik. "Muğan" yaxşı təşkilatlanmış komandadı, futbolçuların anlaşması da yaxşı səviyyədədi. Bizim bir neçə qol imkanımız oldu, qapı önündən topu dirəyə vurduq. Artıq qarşıdakı oyunları düşünəcəyik".


oxunma sayı: 224 | Paylaş:




?>