')

Bu gün:


FutbolPress.Az | KARQBO "BAKI" AİLƏSİNİ SEVİNDİRMƏYƏ HAZIRLAŞIR

KARQBO "BAKI" AİLƏSİNİ SEVİNDİRMƏYƏ HAZIRLAŞIR


oxunma sayı: 203 Paylaş:

"Bakı"nın yarımmüdafiəçisi İbrahim Karqbo altılıq mərhələsi, XXIII turda keçiriləcək "Bakı"- "Neftçi" oyunu və "Bakı"azarkeşləri haqda fikirlərini bölüşüb. Altılıq oyunları barədə danışan İbrahim bu mərhələdə oyunların daha gərgin keçəcəyini, paytaxt klubunun bütün oyunlara eyni məsuliyyətlə hazırlaşdığını bildirib: "Neftçi" Premyer Liqanın lideri və baxımlı oyun göstərən bir komandadı. Sabah gözəl oyunun şahidi olacaqsınız. Derbi qabağı azarkeşlərimizə bizi hər zaman dəstəklədikləri üçün minnətdarlığımı bildirirəm. Bakı derbisində də tərəfdarlarımızın fəal olacağına əminəm. Sabahki oyunda qələbə qazanıb, azarkeşlərimizi , klub rəhbərliyi və bütün "Bakı" ailəsini sevindirəcəyik".


oxunma sayı: 203 | Paylaş:




?>