')

Bu gün:


FutbolPress.Az | MARAFON YÜRÜŞÜ BAŞLADI  (YENİLƏNİB)

MARAFON YÜRÜŞÜ BAŞLADI (YENİLƏNİB)


oxunma sayı: 349 Paylaş:

"Qarabağ" yenə "at oynatdı"

Bu gün Azərbaycan Premyer Liqasında final mərhələsinə start verilib. Birinci oyun günündə cəmi 2 qarşılaşma keçirilib. Final mərhələsinin ilk turunun açılış matçı Zaqatalada baş tutub. Elitada qalmaq uğrunda mübarizə aparan "Simurq" "Muğan"ı qonaq edib. Bu iki komanda arasında təsnifat mərhələsində oynanılmış matçlarda Salyan təmsilçisi həm ev, həm də səfər qarşılaşmasında rəqibi minimal hesabla məğlub etmişdi. Ənənəni davam etdirən Bəhmən Həsənovun yetirmələri bugünkü görüşdə də "Simurq"a qalib gəlməyi bacarıb.

Turun mərkəzi görüşü isə prinsipiallığı ilə yadda qalıb. Turnir cədvəlində qonşu mövqelərdə qərarlaşan "İnter" və "Qarabağ" "Şəfa" stadionunda münasibətlərinə aydınlıq gətirib. Bu rəqiblər təsnifat mərhələsində hərəyə bir qələbə qazanmışdı. Bu mövsüm sentyabrın 11-də baş tutan ilk oyunda "bankirlər" Çertaqanovun qoluyla qələbə qazansa da, dekabrın 4-də keçirilən revanş matçında Qurban Qurbanovun yetirmələri Rauf Əliyevlə məğlubiyyətin əvəzini çıxmışdı.

Sayca 30-cu olan bugünkü görüşdə Qurban Qurbanovun komandası son Azərbaycan çempionu üzərində qələbə qazanmaqla məğlubiyyətsizlik seriyasını 8-ə qaldırıb. Bu qələbə sayəsində xalını 45-ə yüksəldən "Qarabağ" ən yaxın izləyicisi "İnter"dən bir qədər də uzaqlaşaraq 3-cü pillədəki mövqeyini möhkəmləndirib.

Azərbaycan Premyer Liqası XXIII tur

12 mart

"Simurq" - "Muğan" - 1:3
Qollar: Mario Souza, 57 (pen) - Cavad Mirzəyev, 44; Hüseyn Axundov, 55; Georgi Qulordava, 90+2
Hakimlər: Ceyhun Haşımov, Rahil Ramazanov, Samir Hacıyev, Rasim Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk mərhələdəki oyunlar - 0:1, 0:1

"İnter" - "Qarabağ" - 0:2
Qollar: Rauf Əliyev, 55; Georgi Adamiya, 72
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Azər Əsgərov, Elnur Muradov
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar - 1:0, 0:1

13 mart

14:00. "Turan" - "Gəncə"
Hakimlər: Anar Salmanov, Aydın Ələkbərov, Zeynal Zeynalov, Hacıəli Ağayev
Tovuz. Şəhər stadionu
İlk mərhələdəki oyunlar - 1:1, 2:1

14:00. MOİK - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu
İlk mərhələdəki oyunlar - 0:0, 0:3

14:00. AZAL - "Xəzər Lənkəran"
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Yaşar Abbasov, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar - 0:1, 1:2

16:00. "Bakı" - "Neftçi"
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Eldar Nağıbəyov, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyunlar - 0:2, 2:0


oxunma sayı: 349 | Paylaş:




?>