')

Bu gün:


FutbolPress.Az | LEVİQA HƏM "BAKI"NI, HƏM DƏ BAKINI BƏYƏNİB

LEVİQA HƏM "BAKI"NI, HƏM DƏ BAKINI BƏYƏNİB


oxunma sayı: 189 Paylaş:

Qış fasiləsində "Bakı"nın heyətinə cəlb olunan ukraynalı futbolçu Ruslan Leviqa qarşıdan gələn "Neftçi" ilə Premyer Liqa oyunu, komandaya uyğunlaşma dövrü və Bakı şəhəri haqda fikirlərini bildirib: "Komandamızın final mərhələsinə vəsiqə qazanması yerinə düşdü. İndi bütün diqqətlərimiz pley-of mərhələsinin oyunlarına yönəlib. Onu deyə bilərəm ki, altılıqda zəif rəqib yoxdu. Ona görə də bütün oyunlar önəmlidi.

"Neftçi" hazırda Premyer Liqanın lideridi. Onlarla oyun çətin olacaq. Bu görüşə ciddi hazırlaşırıq və meydana ancaq qələbə üçün çıxacağıq. Komandada işlərim yaxşı gedir. Uşaqlarla münasibətlərim qaydasındadı və gündən-günə komandaya daha çox uyğunlaşıram.

"Bakı"çox gözəl şəhərdi. Bir həftə əvvəl ailəmlə şəhəri gəzməyə çıxmışdıq. Şəhəri dolaşdıq, İçəri Şəhərdə, dənizkənarı milli parkda gəzdik. Bakı çox xoşumuza gəldi. Bakıda yaşamaq və futbol oynamaq üçün hər bir şərait yaradılıb. Gözəl baza və stadionlar tikilib.

Mən öz növbəmdə əlimdən gələni etməyə hazıram ki, həm etimadı doğruldum, həm də azarkeşlərimizi sevindirək".


oxunma sayı: 189 | Paylaş:




?>